Mojo.az Banner
Son Xəbərlər
13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |     12:26 Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb  |     12:24 Onlayn alış-veriş edənlər üçün yeni qayda  |     12:21 Kolumbiyada qızıl mədəni çökdü, 14 nəfər öldü  |     11:52 Dərman vasitələrinin qiymətinin artmasının səbəbi bu imiş – AÇIQLAMA  |     11:42 Məşhur meyxanaçı vəfat etdi - Foto  |     11:34 Bakının əsas prospektlərindən birində yeni radar quraşdırıldı  |     11:14 Azərbaycan nefti bahalaşdı  |     23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Milli Məclisdən bəyanat: “Bəhruz Məhərrəmovun İranla bağlı fikirləri şəxsi xarakterlidir”

07.11.2020 15:30 1 167
Milli Məclisdən bəyanat: “Bəhruz Məhərrəmovun İranla bağlı fikirləri şəxsi xarakterlidir”
Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi bəyanat yayıb.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin adından yayılan bəyanatda deyilir:

“Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər dostluq və mehriban qonşuluq xarakteri daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhaninin qarşılıqlı səfərləri, çoxsaylı görüşləri, ölkələrimiz arasında imzalanmış və həyata keçirilməkdə olan ikitərəfli sənədlər bu münasibətlərin inkişafında mühüm rol oynayir. Eyni zamanda, iki ölkənin parlamentləri arasında da dostluq və əməkdaşlıq münasibətləri mövcuddur.

Biz Qarabağın işğaldan azad olunması üçün aparılan əks-hücum əməliyyatları dövründə İran İslam Respublikasının Ali rəhbəri cənab Əli Xameneyinin və İran rəsmilərinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, həmçinin, İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı fikir və bəyanatlarını yüksək qiymətləndiririk.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il 6 noyabr tarixli iclasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmovun İran və İranın Ali rəhbəri haqqında söylədiyi fikirləri qətiyyətlə pisləyir və bunların yalnız onun şəxsi fikirləri olduğunu vurğulayırıq.

Bəyan edirik ki, Azərbaycan Respublikasının yaxın səmimi münasibətlər saxladığı qonşu və dost ölkə və onun rəhbəri barəsində bu cür fikirlər tamamilə qəbuledilməzdir. Heç kəs xalqlarımız və dövlətlərimiz arasında dostluq münasibətlərinə xələl gətirə bilməz”.скачать dle 11.3

Son xəbərlər