Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Dalay Lamadan pandemiya AÇIQLAMASI

06.11.2020 23:59 1 224
Dalay Lamadan pandemiya AÇIQLAMASI
Dalay Lama insanları koronavirusa görə kədərlənməməyə çağırıb.

O, rus buddistləri üçün keçirdiyi ilk onlayn təlimlərdə bu barədə danışarkən deyib ki, pandemiyaya görə kədərlənməkdənsə onu dəf etməyə çalışmaq lazımdır.

"Biz başa düşməliyik ki, bütün əzablar müəyyən səbəblərdən və şəraitdən yaranır. Pandemiya da bu səbəblərdən və şəraitdən ortaya çıxıb. Buna görə də onları aradan qaldırmaq üçün səy göstərməliyik. Öz-özümüzə fikirləşməliyik: bu əzablardan qurtulmaq mümkündürmü? Əgər mümkündürsə, onda kədərlənməyə dəyməz, əksinə, bu çətinlikləri və əzabları aradan qaldırmaq üçün çalışmaq lazımdır", - deyə Dalay Lama dini ayinlərin köməyi ilə koronavirusa qalib gəlməyin mümkün olub-olmadığı barədə sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, təbiətdə qocalıq, ölüm kimi qaçılmaz hadisələr var və bunu dəyişdirmək mümkün deyil. "Əgər əlinizdən gələni etdiyiniz halda yenə də problem aradan qalxmırsa, onda fikirləşin ki, bu sizin karmanızdır", - deyə dini lider bildirib. (publika.az)скачать dle 11.3
Mojo.az Banner