Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Əsir düşmüş erməni: “Mənə dedilər ki, müharibədə iştirak etməlisən”

06.11.2020 14:48 2 976
Əsir düşmüş erməni: “Mənə dedilər ki, müharibədə iştirak etməlisən”
Ermənistan tərəfindən zorla döyüşlərə göndərilmiş adventistlər icmasının üzvü erməni Hovsep Saakyan Bakıdakı Yeddinci Günün Adventistlərinin ibadət evində dua edib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycana əsir düşmüş Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Saakyan Araratoviç bildirib ki, biz sülhdə yaşamalıyıq:

“Allah müharibəni istəmir. Mən həmişə istəmişəm ki, erməni və Azərbaycan xalqı birlikdə sülh şəraitində yaşasın. Mən çox şadam ki, Allah möcüzəli şəkildə mənim həyatımı qoruyub, saxlayıb və hazırda burdayam.

Mənə hərbi komissarlıqdan zəng edib dedilər ki, müharibədə iştirak etməlisən. Mən dedim ki, Adventist kilsəsinin pastoruyam və əlimə silah götürüb heç kimi öldürə bilmərəm. Dedilər ki, bunun heç bir əhəmiyyəti yoxdur.

Allah mənə yeni bir imkan verdi. Mən burda Azərbaycanın Yeddinci Günün Adventistləri ilə birlikdə olmaqdan məmnunam. Mən Azərbaycan və erməni xalqını sülhə çağırıram. Allah istəyir ki, biz sülhdə və əmin-amanlıqda yaşayaq”.

O qeyd edib ki, Ermənistanda orduya çağırılan zaman mənim dediklərimə məhəl qoymadılar və dedilər ki, cəbhədə olmalısan:

“Mən qərara gəldim ki, insanları öldürməyəcəm və insanları xilas edəcəm. Bu, baş verdi və mən bir nəfər yaralanmış şəxsə kömək etdim”.скачать dle 11.3
Mojo.az Banner