Mojo.az Banner
18:54 Pişik sahiblərinin ən çox verdiyi sual: Qısırlaşdırmaq günahdırmı?  |     23:01 5 min illik iki məzar: Piramidaların inşasını anlamağa kömək edə bilər  |     22:53 Tanınmış aşığın nəvəsi vəfat etdi  |     22:47 “İndi məni cərimələsələr, bunlar ödəyəcəklər 1 manatdan?” - Video  |     22:39 Sumqayıtda evdə yanğın - Video  |     22:32 Di Kaprio üçün - Mühafizəçiyə rüşvət təklif etdi  |     22:25 Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video  |     22:20 Can Kolukısa vəfat etdi  |     22:08 Keçəl olan şəxslərin NƏZƏRİNƏ!  |     22:00 Azərbaycanlı milyarderin sərvəti 1,41 milyard dollar azalıb  |     21:54 Mexaniklər ən yaxşı 5 ailə avtomobilini açıqladı  |     21:45 Yay depressiyası niyə yaranır? - Psixoterapevt açıqladı  |     21:37 İspaniya miqrantlara görə dənizdə maneə inşa edir  |     21:31 İşlədiyi mağazadan oğurluq edən şəxs saxlanıldı  |     21:09 Xəstələr dərmanları pulsuz nə vaxt alacaqlar?  |     21:05 Azərbaycanda nağdsız ödənişlərin həcmi 9,9 milyard manatı keçdi  |     20:59 Yüksək təzyiqi olanlar üçün ən faydalı pendir  |     20:50 Sənur Əzizov həbs edildi  |     20:44 Masallıda güclü YANĞIN: Alov taxıl sahələrinə keçdi  |     20:40 Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı  |    
Left Banner
Right Banner

Ermənilərin istifadə etdiyi fosfor tərkibli silah - Dərinin soyulmasına və dəhşətli yaralara yol açır

05.11.2020 20:02 1 473
Ermənilərin istifadə etdiyi fosfor tərkibli silah - Dərinin soyulmasına və dəhşətli yaralara yol açır
Müzəffər ordumuzun qarşısında məğlubiyyətə uğrayan düşmən hər yola əl atır. Heç bir qayda tanımayan bu terrorçuların qadağan olunmuş fosforlu silahlardan istifadə etdiyi məlum olub. Üstəlik çirkin əməllərini etiraf etmək yerinə onların deyil, Azərbaycanın bu cür silahdan istifadə etdiyini iddia edirlər.

Median.Az
ted.az-a istinadən bildirir ki, bu silahların əsas tərkibi, gücü və qorxulu tərəfi ağ fosfordur.

Yunanca işıqdaşıyan mənasını verən Fosfor (P) D.İ.Mendeleyevin elementlərin dövri sistemində 15-ci elementdir. Fosforun təbiətdə ağ, qara və qırmızı olmaqla 3 allotropik modifikasiyası bilinməkdədir. Ağ fosfor zəhərlidir. Onu qızdırdıqda qırmızı fosfora çevrilir. Qırmızı fosfor kükürd və şüşə qırıntıları ilə birlikdə kibrit istehsalında istifadə olunur. Bombalarda isə ağ fosfordan istifadə edilir. Ağ fosfor atmosferdəki oksigen ilə birləşdikdə yanğın əmələ gəlir və bu zaman istilik min dərəcəni keçir. Yanğın ağ tüstü ilə müşahidə edilir və fosforun və ya oksigenlə təmasın bitməsinə qədər davam edir. Ağ fosforun 0,05 qramı yetərlidir ki, insanı öldürsün.

Bu kimyəvi silah insan orqaniziminə daxil olan kimi tez həll olur. Mədə-bağırsaq sisiteminin fəaliyyətini dərhal sıradan çıxarır, ürək sisteminin fəaliyyətinə güclü təsir edir və insanda halsızlıq, təngnəfəslik yaradır. Bu, təkcə fosfor məzmunlu bombaların tüstüsünün insanlara etdiyi təsirdir.

Xatırladaq ki, fosfor təyinatlı silahın istifadəsi düşmənin canlı qüvvəsinin gizləndiyi hər hansı bir hərbi obyektdən çıxarılması üçün istifadə edilir. Belə ki, tüstü və tərkibində güclü yanğın nəticəsində düşmənin canlı qüvvəsi gizləndiyi ərazidən çıxmağa məcbur qalır.

Ağ fosforlu bombalardan istifadə zamanı dinc əhali arasında tələfat riski böyükdür. Həmçinin fosforlu bombaların təsirindən yaralananları xilas etmək çətin olur. Onların bədənlərində ağ fosforun təsirindən əmələ gələn yanıqlar dərinin soyulmasına və dəhşətli yaralara yol açır.

Bundan başqa, bu cür mərmilərin qəlpələri insanların bədənində dəhşətli yanıqlar əmələ gətirir. Mərminin qəlpələri, hətta suda belə sönmür. Belə mərmilərin partlayışı nəticəsində insan bədəninin dərisi öz-özünə soyulur, yaralıları müalicə etmək isə mümkün olmur.

Bu silahın istifadə edilməsinin qadağası ilə bağlı ilk olaraq 1868-ci ildə Sankt-Peterburq deklarasiyası qəbul edilib. Bundan başqa, fosforlu bombalardan istifadəni qadağan edən Cenevrə konvensiyasının üçüncü protokolu mövcuddur.скачать dle 11.3
Mojo.az Banner