Mojo.az Banner
16:03 Günəşdə güclü partlayışlar: Maqnit qasırğası gözlənilir  |     14:57 Elman Rüstəmov məşhur restoranını SATDI  |     14:55 Azərbaycanın bu ölkə ilə viza rejimi ləğv edilir  |     14:53 Onlar vergidən 20 il azad edildilər  |     14:52 Rusiyada məşhur repçi Ciqana qarşı araşdırma başlanıldı  |     14:51 Vətəndaşların NƏZƏRİNƏ: Bu şəxslərə işgüzar səfər vizası veriləcək  |     14:46 Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır  |     14:45 Azərbaycanda məktəblinin meyiti tapıldı  |     14:40 Qaçırıldığı deyilən "Flydubai" təyyarəsində əslində nə baş verib?  |     14:36 Aİ-92 və dizelin qiyməti artacaq?  |     14:31 Yas mərasimləri neçə saat davam etməlidir?– AÇIQLAMA  |     14:27 Lahorda azərbaycanlı qadının zorakılığa məruz qalması ilə bağlı AÇIQLAMA  |     12:53 Quba-Xınalıq yolunda sürüşmə olub, hərəkət dayanıb  |     12:30 Bakıda içməli su xəttində qəza - Əraziyə texnika cəlb edildi  |     12:29 Xaricdən Azərbaycana gələn yük maşını qəzaya uğradı: Xəsarət alanlar var  |     12:27 Azərbaycanda kütləvi zəhərlənmə: 10 nəfər xəstəxanalıq oldu  |     12:24 Bərdədə 26 yaşlı kişi qətlə yetirildi  |     12:12 Fransada kütləvi iğtişaşlar: Yüzlərlə şagird həbs olundu  |     11:49 Azərbaycan nefti ucuzlaşdı  |     11:47 Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA  |    
Mojo.az Avto
Mojo.az Avto

Erməni general Müdafiə naziri Tonoyanı hərbçilərin qarşısında alçaltdı

05.11.2020 17:54 3 222
Erməni general Müdafiə naziri Tonoyanı hərbçilərin qarşısında alçaltdı
Azərbaycan ordusunun qələbəyə yaxınlaşması və Qarabağın işğalçılardan azad edilməsi ilə Ermənistan hərbi-siyasi rəhbərliyinin əsəbləri tarıma çəkilir və “Qarabağ klanı” ilə səhra komandirləri arasında müxtəlif konfliktlər yaşanır.

Əvvəl də xəbər verildiyi kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan böyük hərbi birləşmələrin hansısa bir məqamda silahları ona tərəf çevirməməsi üçün onların “Qarabağ klanı”nın nəzarətinə verilməsini qəti qadağan edib.

Armiya.az “Facebook”un erməni seqmentinin ictimailəşdirdiyi məlumatlara əsasən xəbər verir ki, bir neçə gün əvvəl Laçın rayonunda Ermənistanın Müdafiə naziri David Tonoyanla “Qarabağ klanı”nın nümayəndəsi general Vitali Balasanyan arasında ciddi qarşıdurma yaşanıb.

Belə ki, V.Balasanyan Müdafiə nazirinin qərargahına gələrək hərbi rəhbərliyi Qarabağdakı savaşda acınacaqlı məğlubiyyətə uğramaqda ittiham edib.

Üstəlik V.Balasanyan D.Tonoyana ultimativ formada əmr verərək onun Müdafiə naziri vəzifəsindən istefa verməsini və özünün Müdafiə naziri vəzifəsinə təyin edilməsi üçün N.Paşinyana müraciət etməsini tələb edib.

Öz növbəsində D.Tonoyan V.Balasanyana kobud şəkildə cavab qaytararaq nazirliyin işlərinə qarışmamağı tövsiyə edib və mühafizəçilərə generalı qərargahdan qovmalarını əmr edib.

Cavabdan hiddətlənən V.Balasanyan D.Tonoyana hücum edərək ona şillə vurub.

Davaya müdaxilə edən yüksək rütbəli zabitlər V.Balasanyanın qollarını buraraq onu qərargahdan bayıra çıxarıblar.

Məlumata görə, D.Tonoyan dərhal N.Paşinyanla əlaqə saxlayaraq ondan həyasızlaşmış V. Balasanyana qarşı həbs cəzasına qədər ən sərt tədbir görməyi tələb edib.

Qeyd olunur ki, elə həmin gün V.Balasanyan Ermənistanın ikinci prezidenti Robert Köçəryanla görüşüb.

Onların arasında “Artsaxı xilas etmək naminə” Ermənistanın hazırkı hökumətini devirmək üçün səyləri birləşdirmək barədə razılıq əldə edilib.скачать dle 11.3
Mojo.az Banner