Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Anna Mehrabyanın oğlunu Gəncəyə atılan erməni raketi öldürdü

03.11.2020 22:31 1 218
Anna Mehrabyanın oğlunu Gəncəyə atılan erməni raketi öldürdü
Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də Gəncəyə raket hücumu nəticəsində həlak olan 2007-ci il təvəllüdlü Rusiya vətəndaşı Artur Mayakovun anası Stavropol sakini Anna Mehrabyan oğlunun cəsədinin Yessentuki şəhərinə göndərilməsinə təkid edir.

Bu barədə “Bloknot-Stavropol” nəşri yazıb.

“Arturun atası dünyasını dəyişəndə hamiləliyin beşinci ayında idim. O, bilirdi ki, Azərbaycanda – Gəncədə nənəsi, babası və başqa qohumları var. Onu mən böyütmüşəm, özüm tərbiyə etmişəm. Qohumları Azərbaycandan gəlir və bizdə qonaq olurdular”, - deyə A.Mehrabyan bildirib.

Bir dəfə Artur onu tətilə Azərbaycana buraxmağımı istədi. O, atasının yaşadığı şəhəri görmək və onun qəbrini ziyarət etmək istəyirdi. Anna Mehrabyan oğlunu onun arxasınca gələn nənəsi ilə Azərbaycana göndərib.

“O mənə dedi ki, “ana, əgər Azərbaycan xoşuma gəlsə, orada qalacam”. Cavabında ondan soruşdum: “bəs mən necə olacam?”. Artur deyirdi ki, Gəncədə ona daha yaxşdır, atasının olduğu yerlərdə olmaq istəyir”, - deyə qadın bildirib.

Artur iki il yarım Gəncədə yaşayıb və oxuyub. O, Yessentukiyə qayıtmalı olsa da, pandemiya başlayıb. Sərhədlər bağlanıb, daha sonra döyüşlər başlayıb. Narahat olan Anna Mehrabyan səfirliyə və nazirliyə müraciət edib.

“Həmin vaxt bir aydır ki, oğlumu görmürdüm. Məni əmin etdilər ki, vəziyyət nəzarət altındadır, hər şey yaxşıdır və yerli sakinlərə toxunmurlar. Arturun xalası deyir ki, mütləq onunla gələcək”, - deyə A.Mehrabyan qeyd edib.

Oktyabrın 17-də ailə böyük faciə ilə üzləşib. Gecə yaşadıqları evə mərmi düşüb və ev dağılıb. Artur ağır yaralanıb və komaya düşüb. 24 oktyabra qədər komada qalan Arturun həyatını xilas etmək mümkün olmayıb.

“Mən təsadüfən öyrəndim ki, övladım ölüb. Mən son ana qədər inanmadım. Düşünürdüm ki, düz deyil. Sonra isə onun adını gördüm. O, oktyabrın 17-dən komada olub”, - deyə A.Mehrabyan söyləyib.скачать dle 11.3
Mojo.az Banner