ABŞ-dan Vyanadakı terrora reaksiya: “Bu nifrət və şiddətin bəhanəsi ola bilməz”
Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının “Twitter” hesabında məlumat verilib:
“ABŞ Vyana xalqı üçün dua edir. Bu cür nifrət və şiddətin bəhanəsi ola bilməz. Terrorla mübarizədə Avstriyanı, Fransanı və bütün Avropanı dəstəkləyirik”.
Xatırladaq ki, Avstriyanın Vyana şəhərində terror aktı 15 nəfərin yaralanmasına, iki nəfərin ölümünə səbəb olub. Ölənlərdən biri terrorçudur. Yaralıların yeddisinin vəziyyəti ağırdır.
