Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstanın Baş naziri koronavirusa yoluxdu

02.11.2020 22:07 1 191
Gürcüstanın Baş naziri koronavirusa yoluxdu
Gürcüstanın Baş naziri Georgi Qaxariya koronavirusa yoluxub.

Bu barədə “RİA Novosti” Gürcüstan hökumətinin mətbuat xidmətinə istinadən yazıb.

Gürcüstanın Baş naziri hələ oktyabrın 31-də karantinə yollanıb. Çünki o, COVID-19-a yoluxmuş təhlükəsizlik xidməti əməkdaşı ilə ünsiyyətdə olub.

“Aparılan test nəticəsində baş nazirdə koronavirus təsdiqlənib”, - deyə mətbuat xidməti bildirib.

Həmçinin Georgi Qaxariyanın özünü yaxşı hiss etdiyi, ev şəraitində müalicə aldığı vurğulanıb.

Son xəbərlər