Mojo.az — elanlar
Son Xəbərlər
17:35 Azərbaycanın Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib  |     17:33 “Brain Academy”də 2 yaşlı uşağa zorakılıq edən işçi işdən çıxarıldı  |     17:26 Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb  |     17:23 Çexiyaya köçən azərbaycanlı miqrant qadın əri tərəfindən qətlə yetirildi, 3 övladından xəbər yoxdur  |     17:18 Tikinti və təmir adı altında vətəndaşların pulunu ələ keçirən şirkət rəhbəri saxlanılıb  |     17:13 “Lyuk”a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb  |     16:55 Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb  |     16:49 “Bura od vurub yandıracağam” – Şahidlər sirləri açır  |     16:46 Deputat icra hakimiyyətlərinin ləğv olunması ehtimalından DANIŞDI  |     16:28 TƏBİB-dən sonra növbə hansı qurumlarındır? – Deputat AÇIQLADI  |     16:26 Azərbaycan qripə qarşı yeni vaksinlər aldı  |     14:32 Qordana Silyanovska-Davkova İlham Əliyevə zəng edib  |     14:22 Məktəblərdə aqressiyanın səbəbi təkcə sosial şəbəkələr deyil – Açıqlama  |     14:10 Xaricdən diri heyvan gətirmək adı ilə milyondan çox pul mənimsənildi  |     13:47 Təhlükəsizlik riski yaranarsa, turistlər nə etməlidir? – Ekspertdən tövsiyə  |     13:43 Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı  |     13:00 Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü  |     12:43 Sabah üç rayon və bir şəhərdə qaz olmayacaq  |     12:27 Qaxda iki dost məktəbli qıza təcavüz etdi - Təfərrüat  |     12:19 Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Almaniya 187 min əcnəbini ölkədən çıxarır

02.11.2020 19:04 1 524
Almaniya 187 min əcnəbini ölkədən çıxarır
Almaniyada 187 min əcnəbi ölkəni könüllü tərk etməsi ilə bağlı bildiriş alıb.

Report-un Avropa bürosunun Almaniya Federal Daxili İşlər Nazirliyindən əldə etdiyi məlumatda deyilir ki, onların əksəriyyəti 2015-2019-cu illər ərzində Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyən xarici ölkə vətəndaşlarıdır.

"Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) sığınacaq üçün edilən müraciətləri qəbul etdikdən sonra araşdırıb və müvafiq qərar verir. Həmin şəxslərlə bağlı bir sıra qərarlar neqativ olub və onların ölkəni könüllü tərk etmələri ilə bağlı bildiriş göndərilib”, - nazirliyin məlumatında qeyd olunub.

Ölkəni könüllü tərk etmələri ilə bağlı xəbərdarlıq alanlar arasında Azərbaycan Respublikasının vətəndaşları da var.

Azərbaycanlıların digər əyalətlərə nisbətən yığcam yaşadığını Şimali Reyn Vestfaliya əyalətində 74 374, Bavariyada isə 36 143 əcnəbiyə ölkəni könüllü tərk etmələri ilə bağlı vaxt qoyulub.

Müəyyən olunan vaxt bitdikdən sonra həmin şəxslərin işi idarə məhkəmələrinə göndəriləcək. Məhkəmələr isə, adətən əsaslı humanitar və siyasi səbəblər olmadığı təqdirdə, sığınacaq axtaranların ölkədən məcbur deportasiya edilməsi barədə qərar çıxarır.

BAMF-dan verilən məlumatda isə bildirilir ki, 2020-ci il yanvarın 1-dən indiyə kimi, könüllü gedişlər də daxil olmaqla 7 212 nəfər Almaniyadan deportasiya edilib.

Son xəbərlər