Mojo.az Banner
20:02 Yol polisi yük avtomobillərinin sürücülərinə çağırış etdi  |     19:56 Bakıda avtobuslarla sərnişindaşıma artıb  |     19:51 Göygöldə qanunsuz tikili sökülüb - VİDEO  |     19:43 Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu  |     19:38 Bərdədə avtomobil eşşək arabasına çırpıldı - Ölən var  |     19:30 Türkiyə Azərbaycan helikopterləri üçün yeni pulemyotlar verəcək  |     19:24 Bir qrup ukraynalı uşaq reabilitasiya keçmək üçün Azərbaycana gətirilib  |     19:15 13 yaşlı oğlan faciəli şəkildə öldü  |     19:10 Bakıda hazırda hansı yollarda sıxlıq var? - SİYAHI  |     19:03 Kolleclərin boş qalan plan yerlərinə qəbulun NƏTİCƏLƏRİ AÇIQLANDI  |     17:06 İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN  |     16:54 Dünya təcrübəsi Azərbaycana gəlir – Bakı küçələri avtomobillərdən təmizlənəcək?  |     16:51 Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB  |     16:44 Kobaxidze: "Gürcüstan və Azərbaycan arasında heç bir gərginlik yoxdur"  |     16:28 Vüsal Şilderin qətli 10 000 manata icra olunub?  |     16:15 Cəlilabadda itkin düşən qadınla bağlı İLGİNC DETAL: "Bizi görüb qaçdı" - VİDEO  |     16:14 Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ  |     16:13 Pakistanda azərbaycanlı qadına qarşı DƏHŞƏT: Üç kişi tərəfindən zorlandı  |     15:51 Üç uşağı nəzərə alındı, həbsə getmədi - 117 min manatlıq iş üzrə hökm  |     15:50 Azərbaycanda yeni turizm məhsulları yaradılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Ceyhun Bayramov BQXK-nin baş direktoru ilə görüşdü

31.10.2020 14:16 2 103
Ceyhun Bayramov BQXK-nin baş direktoru ilə görüşdü
Cenevrəyə işçi səfəri çərçivəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) baş direktoru Roberto Mardini ilə görüşü keçirilib.

XİN-dən verilən məlumata görə, tərəflər Azərbaycan ilə BQXK arasında uzun illərdir ki, mövcud olan əməkdaşlığı məmnunluqla qeyd ediblər.

Ceyhun Bayramov bölgədə mövcud olan son vəziyyətlə bağlı qarşı tərəfi məlumatlandırıb.

O, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması, Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhərlərinin, dinc əhalisinin və mülki infrastrukturunun bilərəkdən hədəfə alınması, qadağan olunmuş silahlardan mülki şəxslərin atəşə tutulması və bu günədək mülki əhali arasındakı ağır itkiləri vurğulayıb.

Bölgədə dayanıqlı sülhün təmin olunması üçün BMT Təhlükəsizlik Şurasının tələblərinə uyğun olaraq, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmasının vacibliyi qeyd olunub.скачать dle 11.3
Mojo.az Banner