Mojo.az Banner
23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |    
Mojo.az Avto
Mojo.az Avto

Paşinyan erməni xalqını fəlakətə aparır - GÜRCÜSTANDAN MÜSAHİBƏ

27.10.2020 23:57 1 797
Paşinyan erməni xalqını fəlakətə aparır - GÜRCÜSTANDAN MÜSAHİBƏ
Gürcüstanda parlament seçkilərinə bir neçə gün qalıb, səsvermə 31 oktyabrda keçiriləcək. Qonşu ölkədə seçki kampaniyası həm də Qarabağ müharibəsinə öz münasibətlərini bildirən Gürcüstan azərbaycanlıları və ermənilərinin aksiyaları fonunda baş verir. Bu, Gürcüstanda seçkiqabağı atmosferə təsir edirmi?

Gürcüstanlı analitik, Gürcü Millətçiləri Birliyi Partiyasından millət vəkili namizədi Qiya Kuçava Media.Az-a müsahibəsində bildirib ki, Qarabağdakı hərbi əməliyyatlar hələlik seçki kampaniyasına təsir etmir, bununla yanaşı Gürcüstanda azərbaycanlılarla ermənilər arasında heç bir toqquşma olmayıb.

“Əgər birbaşa seçkilərdən danışsaq, o zaman ölkəmizdə əsas mübarizə keçmiş prezident Mixail Saakaşvilinin tərəfdarları və partiyasının müxtəlif hissələri ilə (onlar “Milli hərəkat – Güc Birlikdədir” blokunda birləşiblər - red.) mövcud hakim “Gürcü arzusu” Partiyası arasında davam edir. Bu və ya digər dərəcədə keçmiş prezidenti və ya “Gürcü arzusu”nu dəstəkləyən digər siyasi qüvvələr də var. Bu iki güc mərkəzindən uzaq qalmağa çalışanlar da var. Söhbət Rusiyayönlü hesab olunan “Gürcüstan Vətənpərvərləri İttifaqı”ndan və onlara qoşulan Sandro Breqadzenin “Gürcü marşı” siyasi qüvvəsindən gedir”, - deyə Qiya Kuçava qeyd edib.

- Tezliklə seçkilərin olacağı və daxili siyasi gündəmin ön plana çıxdığı aydındır. Ancaq buna baxmayaraq, Gürcüstanın sərhədlərində müharibə gedir. Erməni tərəfi vaxtaşırı Azərbaycandan Gürcüstana və buradan da Türkiyəyə gedən ixrac boru kəmərlərinə zərbə vurmaqla hədələyirlər. Rusiyadakı bəzi ermənipərəst ekspertlər də bu barədə danışırlar. Bu doğrudan da Gürcüstanda heç kimi narahat etmir?

- Gürcüstanda bu cür hədələr son dərəcə mənfi yanaşırlar. Əgər bu cür zərbələr Ermənistan tərəfindən endirilərsə, mənə elə gəlir ki, bu, Rusiyanın maraqlarına cavab verə bilər. Ümumiyyətlə, ermənilərin ən böyük problemi “Daşnaksütyun” Partiyasının ideologiyası və “Böyük Ermənistan”ı “yenidən yaratmaq” arzusudur. Ancaq heç vaxt “Böyük Ermənistan” olmayacaq. Eyni şəkildə heç kim (separatçı - red.) Qarabağın müstəqilliyini tanımayacaq.

Ermənistanın Baş naziri Nikol Paşinyan “Artsax” “xalqı”nın öz müqəddəratını təyin etməsindən danışır. Hansı öz müqəddəratını təyin etmə?! Ermənilərin ərazisində öz müqəddəratlarını artıq təyin etdikləri Ermənistan Respublikası var. Ancaq onlar üçün bu azdır, ermənilər artıq Cavaxetidə öz müqəddəratlarını təyin etməyi tələb edirlər, sabah Rusiya Şimali Qafqazında da bunu tələb edəcəklər.

Xatırlatmaq istərdim ki, ötən əsrin 90-cı illərində Bakı və İrəvan sülh bağlanmasına yaxın idi və o zaman erməni tərəfi indikindən daha çox şey əldə edə bilərdi. Lakin sonda Ermənistan prezidenti Levon Ter-Petrosyan istefaya getdi və 1999-cu ildə Ermənistan parlamentində gülləbaran baş verdi.

- İndi müharibə davam edir və erməni tərəfinin vəziyyəti pisləşdikcə, İrəvanın açıqlamaları da o qədər axmaqlaşır ...

- Nikol Paşinyan erməni xalqını fəlakətə aparır. O, adekvat deyil, təşvişdədir, hakimiyyəti itirməkdən qorxur, Moskvadakı bəzi qüvvələr tərəfindən fəal şəkildə dəstəklənən “Qarabağ klanı”ndan qorxur. Nikol Paşinyan parlamentdəki gülləbaranın təkrarlanmasından qorxur. Lakin bu dəfə qurban məhz onun özü ola bilər.скачать dle 11.3
Mojo.az Banner