Mojo.az Banner
15:14 Ölkəmizdə minlərlə iş yeri açılacaq — BU SAHƏLƏRDƏ  |     15:01 Şəmkirdə 50 yaşlı kişi faciəli şəkildə öldü  |     13:14 Deputat: Uşaqlar dinin və baş örtüyünün mahiyyətini hələ dərk etmirlər  |     12:31 Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi  |     12:18 Kirayəçi evi boşaltmasa, ev sahibi nə edə bilər? – Hüquqşünasdan açıqlama  |     12:16 Bakıda gecə klubunda dava: Müdir ofisiantı döydü  |     12:10 Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edəcək  |     12:08 Azərbaycan nefti ucuzlaşdı  |     12:07 Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş  |     11:56 İlahiyyatçıdan hicab açıqlaması: Örtünmə hansı yaşdan vacib sayılır?  |     11:53 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi (Yenilənib)  |     11:49 Azərbaycan UEFA reytinqində irəlilədi  |     11:46 Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi  |     11:43 Şirvanda hündürlükdən yıxılan bir yaşlı uşaq xəstəxanada ölüb  |     11:40 "Valideynlər uşaqlardan alət kimi istifadə etməməlidir" — Psixoloq  |     11:29 Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı - Detallar (Video)  |     11:18 Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla öldürülüb - Təfərrüat  |     11:11 ABŞ-də gənc teleulduz güllələndi  |     20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Qondarma rejimin Paşinyana məktubu niyə gizlədilib?

27.10.2020 16:17 957
Qondarma rejimin Paşinyana məktubu niyə gizlədilib?
Qarabağda qondarma rejimin “lideri” Araik Arutyunyan Ermənistandan da hərbi əməliyyatların dayandırılmasını istəyib.

Bu barədə “Qraparak” məqalə yayıb.

Erməni mediasında Arutyunyanın Rusiya Prezidenti Vladimir Putinə etdiyi müraciəti fəal şəkildə müzakirə edilib.

Arutyunyanın məktubunun cəmiyyəti “hərbi-vətənpərvərlik nağılları” ilə bəsləyən dairələrə soyuq su səpdiyi və həqiqətə qayıtmağın vaxtının gəldiyini hər kəsə başa saldığı qeyd olunur.

Bildirilir ki, Arutyunyan Putindən Azərbaycan-Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların dayandırılması və siyasi proseslərin davam etdirilməsi üçün əlindən gələni etməsini istəyib.

Qeyd olunur ki, Arutyunyanın Nikol Paşinyana da eyni məzmunda məktub göndərdiyi təsdiqlənib. Paşinyan parlamentdən kənar qüvvələrlə görüşü zaman məhz bu məktubla əlaqədar danışıb, amma nədənsə bu, rəsmi olaraq təkzib edilib. Qondarma rejimin mətbuat katibi Vaqram Poqosyan məsələnin cəbhədə həll olunduğuna inandıqlarını deyib.

“Bununla birlikdə, bir vacib nüans hələ də qaranlıq qalır: əgər Arutyunyan bu münaqişədə Putin və Rusiyanın roluna bu qədər əhəmiyyət verirdisə, niyə Rusiyada “persona non-qrata” (arzuolunmaz şəxs) elan edilmiş insanları ən vacib iki dövlət vəzifəsinə təyin etdi?! Söhbət qondarma rejimin Xarici İşlər naziri Masis Mayilyan və təhlükəsizlik şurasının katibi Samvel Babayandan gedir”, - deyə qəzet yazır.скачать dle 11.3
Mojo.az Banner