Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı Polisindən nəzarət tədbirləri ilə bağlı VACİB AÇIQLAMA

23.10.2020 13:48 2 595
Bakı Polisindən nəzarət tədbirləri ilə bağlı VACİB AÇIQLAMA
“Koronavirusa yoluxma riski olan məkanlarda nəzarət tədbirləri gücləndirilib”.

Bunu Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev AzTV-yə açıqlamasında deyib.

O bildirib ki, paytaxtın bütün rayonlarını əhatə edən gücləndirilmiş nəzarət profilaktik tədbirlər davam etdirilir:

“İctimai nəqliyyatda, qapalı məkanlarda, ictimai iaşə obyektlərində, ümumilikdə koronavirusa yoluxma riski olan bütün məkanlarda əməkdaşlarımız tərəfindən mütəmadi tədbirlər görülür”.

Komendant saatı ilə bağlı vəziyyətdən danışan E.Hacıyev bildirib ki, bütövlükdə ölkədə hərbi vəziyyət rejimi ilə əlaqədar olaraq gün ərzində müvafiq tədbirlər görülür:

“Zəruri olan bütün tədbirlər əməkdaşlarımız tərəfindən icra edilir. Axşam saat 21:00-dan başlayaraq, növbəti gün səhər saat 06:00-a qədər davam edən komendant rejimi çərçivəsində mövcud qayda və normalara uyğun olaraq (fəaliyyətinə icazə verilən sahələr istisna olmaqla) fiziki və hüquq şəxslərin sərbəst hərəkəti müvafiq icazə əsasında həyata keçirilir.

Əhalidən qaydalara əməl etmələri xahiş edilir. Bütövlükdə istər pandemiya, istərsə də hərbi vəziyyət rejimi ilə bağlı hər kəsin üzərinə ciddi məsuliyyət düşür. Ön cəbhədə düşmənlə mübarizə aparan əsgərlərimizin gözü arxada qalmasın deyə, polisin tələb və tövsiyələrinə qeyri-şərtsiz əməl olunmalıdır”.скачать dle 11.3
Mojo.az Banner