“Le Figaro” azərbaycanlı hərbi jurnalistin müsahibəsini dərc edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:29 Suriya Əsəd rejiminin devrilməsindən sonra 16 milyard dollar investisiya cəlb edib  |     19:21 Tramp etirazlara görə dəniz piyadalarını Los-Ancelesə göndərməyə hazırdır  |     19:15 ABŞ-də sərnişin təyyarəsi qəzaya uğrayıb, xəsarət alanlar var  |     19:08 Gəncədə ictimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır  |     18:59 Keniya Prezidenti Kamran Əliyevi qəbul edib  |     18:38 Xanım direktor təqaüdə göndərildi - Yerinə polkovnik təyin edildi (FOTO)  |     17:46 Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq  |     17:38 Müştərisinə qarşı dələduzluq edən taksi sürücüsünə HÖKM OXUNDU  |     16:58 İyunun 30-dan Rusiyaya giriş qaydaları dəyişir  |     16:55 18 yaşlı əsgərin ölməsi faktı üzrə CİNAYƏT İŞİ BAŞLANILDI  |     16:33 Rusiya və Ukrayna arasında hərbi əsir mübadiləsi olub  |     15:52 Salyanda qızı qaçıranlar onun atasının başını yardılar  |     15:22 Şəmkirdə 29 yaşlı oğlanı elektrik cərəyanı vurub  |     14:40 Malayziyada dəhşətli qəza: Xeyli sayda tələbə həlak oldu  |     13:58 NBA final seriyasında ümumi hesab bərabərləşdi  |     12:56 Sabah bu ərazilərə yağış yağacaq  |     12:47 Volodimir Zelenski: "Biz Vladimir Putini Donald Trampdan daha yaxşı tanıyırıq"  |     12:22 Həftəsonu xeyli sayda silah-sursat aşkarlanıb  |     12:20 Leyla Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılıb  |     12:19 "Real" 16 yaşlı futbolçunu transfer edəcək  |    

“Le Figaro” azərbaycanlı hərbi jurnalistin müsahibəsini dərc edib

Fransanın “Le Figaro” nəşri azərbaycanlı hərbi ekspert və müdafiə sahəsində ixtisaslaşmış jurnalist Heydər Mirzənin Qarabağda davam edən hərbi əməliyyatlarla bağlı müsahibəsini dərc edib.

- Azərbaycan ordusu iki həftədir hansı strategiya üzrə hərəkət edir?

- Azərbaycan qüvvələrinin cənubda irəliləməsi Dağlıq Qarabağda erməni qüvvələrini təbii üstünlüklərindən məhrum edən uyğun relyeflə izah edilir. Bununla yanaşı, Azərbaycan ordusu şimalda Murovdağ zirvəsində də üstünlük qazandı. Strategiya düşməni cənubdan və şimaldan tutmaqdır. Hərbi əməliyyatlar teatrı yüksəkliklərə sahib olan və çox möhkəm istehkamlar quran düşmən üçün əlverişlidir.

Ermənilər hələ də mərkəzi hissəni saxlayırlar, lakin bu üstünlük bitdi. Cəbhə xətti bir neçə yerdə pozulub. Ermənistan hərbi birləşmələri əvvəl qazanmış olduqları üstünlüyü itirdilər. Münaqişənin hazırkı konfiqurasiyası Azərbaycan qüvvələrinə geniş çeşiddə imkanlar yaradır və bir çox ssenari mümkündür. Növbəti dörd gün həlledici olacaq.

- Hazırda arsenal baxımından iki tərəf arasındakı fərq necədir?

- Bizim üstünlüyümüz daha müasir hərbi texnikaya, xüsusilə də dronlara sahib olmağımızdır. “Dağlıq Qarabağ ordusu” deyilən silahlı birləşmələr mövcud deyil. Yalnız Ermənistan və xaricdən gələn könüllülərdən ibarət batalyonlar qalıb. Onların əlaqə xətləri və hərbi texnikaları məhv edilib. Ermənistan ordusunun arsenalında yalnız müdafiə əməliyyatlarına kifayət edəcək qədər silah tədarükü qalıb.

- Rəsmi Bakı İrəvanı bu son günlər Azərbaycanda, xüsusən də Gürcüstanla sərhəd ərazidə Tovuzda, mülki hədəfləri atəşə tutmaqda ittiham edir. Bu zərbələrin səbəbi nədir?

- Bu zərbələrin siyasi məqsədi Rusiyadan yardım əldə etmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hərbi alyansının həmrəylik mexanizmini işə salmaqdır. Bu bütün istiqamətlərdə hərbi fəaliyyətlərin coğrafiyasını genişləndirməyə yönəlmiş eskalasiyadır. İkinci məqsəd Azərbaycanı cavab verməyə təhrik etmək üçün Gəncə kimi bir şəhərə, yəni mülki hədəfə zərbələr endirməkdən ibarətdir.

Ermənistan cinayət yolu ilə olsa belə dünyanın diqqətini münaqişəyə cəlb etməyə çalışır. Dünyanın diqqəti bu münaqişəyə nə qədər çox yönələrsə, bir o qədər onu dayandırmağa təzyiqlər olacaq. Çünki Ermənistan müharibə baxımından bunun pis olduğunu anlayır. Ermənistanın qınanıldığını anlaması üçün Azərbaycan ordusu daha bir-iki qələbə qazanmalıdır. Ermənistan münaqişəni daha bir 20 il dondurmaq üçün Azərbaycanın irəliləməsini dayandıracaq xarici müdaxilənin olacağına ümid edir. Lakin bu baş verməyəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 172 22.10.20 23:17