16:01 Bakıda boruda sızıntı - İçməli su yola axır (Video)  |     15:56 Leyla Əliyeva "Nə qədər kifayətdir?" adlı inklüziv rəqs tamaşası ilə bağlı paylaşım edib (Video)  |     15:55 Astarada naringi ağaclarda çürüyür: Səbəb nədir?  |     15:53 XI turun açılış oyununda "Şamaxı" qələbə qazandı  |     15:41 "Üçtərəfli sazişlər qüvvədə qalır" - Rusiya XİN  |     14:56 Milli Televiziya və Radio Şurasının sabiq müşaviri hakim qarşısına çıxarılıb  |     14:43 Maştağada 450 manata görə amansız qətl törədənə AĞIR CƏZA - Video  |     13:42 İndoneziyada mədrəsədə partlayış: 50-dən çox yaralı var  |     13:37 SON DƏQİQƏ! Polis blogerlərə qarşı əməliyyat keçirdi: 17 nəfər TUTULDU – Video  |     13:36 Əməkdar artist Vahid Əliyev ilə vida mərasimi keçirilib  |     13:29 Zabitlərin özlərinə mənzil almaları üçün maliyyə vəsaiti ayrılması təklif edilib  |     13:23 Türkiyədə məktəb avtobusu ilə yük maşını toqquşdu: Xeyli yaralı var  |     13:20 ABŞ hərbi bazasına içərisində ağ toz olan bağlama göndərildi: Bir neçə nəfər xəstəxanaya yerləşdirildi  |     13:13 Xətai rayonunda Zəfər Günü qeyd edildi - VİDEO  |     13:06 Coratda 600 abonentin qazı kəsiləcək  |     12:59 DOST Agentliyində yeni təyinatlar  |     12:54 Britaniya həbsxanasında məhbuslar körpə qızın qatilini öldürdülər  |     12:47 Zəfər Gününün hava proqnozu - 08.11.2025  |     12:40 69 yaşlı kişi itkin düşdü  |     12:33 Gəncədə marketdə saxta alkoqollu içkilər aşkarlandı – FOTO  |    

NATO-nun Baş katibi: “Dağlıq Qarabağdakı döyüşlərdə tərəf deyilik”

NATO-nun Baş katibi Yens Stoltenberq və Ermənistan Prezidenti Armen Sarkisyan Brüsseldəki NATO qərargahındakı görüşlərdən sonra mətbuat konfransı keçirib.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Cənab prezidentə NATO-nun bu döyüşlərin bir parçası olmadığını xatırlatdım. Azərbaycan da, Ermənistan da 25 ildən artıq müddətdir ki, NATO-nun dəyərli ortaqlarıdır”, - deyə NATO Baş katibi bildirib.

NATO-nun atəşkəsin pozulması səbəbilə narahat olduğunu vurğulayan Yens Stoltenberq anlaşmazlıqların bitməsi və sülh yolu ilə həllini tapılmasının vacibliyini qeyd edib.

“Dinc əhalinin hədəf seçilməsi qəbuledilməzdir və dərhal dayandırılmalıdır. Hər kəs daimi bir siyasi həll üçün çalışmalıdır. Ermənistan və Azərbaycan müzakirələrə davam etməlidir”, - deyə Y.Stoltenberq bildirib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            825 21.10.20 21:54