Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

“The Guardian” işğalçı Ermənistanın Gəncəyə raket hücumundan yazdı - FOTO

17.10.2020 15:39 1 350
“The Guardian” işğalçı Ermənistanın Gəncəyə raket hücumundan yazdı - FOTO
Nüfuzlu “The Guardian” nəşrində işğalçı Ermənistan ordusunun Azərbaycanın iri şəhərlərində yaşayış məntəqələrini SCUD tipli ballistik raket atəşinə tutması ilə əlaqədar məqalə dərc edilib.

Məqalədə yaşayış evlərinin yerlə bir olması, insanların dağıntılar altında qalmasından bəhs olunub.

Nəşr günahsız dinc əhaliyə qarşı xain hücumun gecə, insanların çoxunun yatan vaxtında baş verdiyini vurğulayıb.

“Gecə baş verən hücumdan sonra insanlar ev paltarında, ayaqyalın, şok vəziyyətində çölə çıxıblar. Şahidlərdən biri bildirdi ki, dəqiqələr içində dağıntılar altından körpə uşağın, iki qadının və dörd kişinin meyiti çıxarılıb.

“Biz yatmışdıq. Uşaqlar televizora baxırdılar. Ətrafdakı bütün evlər uçub-dağılıb. İnsanların çoxu dağıntılar altındadır. Bəziləri ölüb, bəziləri yaralanıb”, - deyə 65 yaşlı Rübaba Cəfərova dağılmış evinin qarşısında durub deyir.

Başqa bir tərəfdə isə tibb işçisi tərəfindən zorla təcili yardım maşınına tərəfə aparan kişi “Mənim arvadım orada idi, mənim arvadım orada idi”, - deyə ümidsiz şəkildə hayqırırdı...”

Məqalədə faciənin miqyasından danışılarkən, xilasedicilərin ağır və məsuliyyətli işlərindən də söz açılıb:

“Xilasedicilər dağıntıların altında qalanların səslərin eşidilməsi üçün sakinləri sakitliyə çağırmaq məcburiyyətində idilər”.

Məqalədə o da xatırladılır ki, Gəncəyə ilk raket hücumu bundan altı gün əvvəl, şəhərin başqa bir məhəlləsinə olmuşdu. Həmin vaxt 10 dinc sakin həyatını itirmişdi.

“The Guardian” Mingəçevir şəhərinə raket hücumu barədə xəbər verib:

“Təxminən həmin vaxt Gəncə şəhərinə bir saatlıq məsafədə olan Mingəçevirə də raket atılıb. Partlayışın səsi binaları titrədib. Mingəçevir RƏM (raket əleyhinə müdafiə) sistemi ilə müdafiə olunur. Çünki strateji əhəmiyyətli su anbarı burada yerləşir. Partlayış səsindən sonra raketin havada məhv edildiyi, yoxsa hara isə dəydiyi tam aydın deyildi”, - deyə məqalədə əlavə edilib.скачать dle 11.3
Mojo.az Banner