Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Sərnişindaşımalar yeni nəqliyyat planına uyğun icra ediləcək - CƏDVƏL

17.10.2020 13:16 1 149
Sərnişindaşımalar yeni nəqliyyat planına uyğun icra ediləcək - CƏDVƏL
Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq qərarına əsasən, 19 oktyabr saat 00:00-dan “Bakı metropoliteni”ndə sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə əlaqədar sərnişin daşımaları əvvəlcədən hazırlanan nəqliyyat planına uyğun olaraq təşkil ediləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

19 oktyabr tarixindən;

M6 (“28 May” m/st-“H.Aslanov” m/st) ekspress xətti üzrə avtobusların hərəkəti Babək prospektindən keçməklə təşkil olunacaq.

M7 ekspress xətlər üzrə avtobuslar tam yeni hərəkət sxemi ilə fəaliyyət göstərəcək. Bu xətt üzrə avtobuslar Heydər Əliyev prospektindən keçməklə “Sahil” m/st və “Koroğlu” m/st-nı əlaqələndirəcək.

Bu dəyişiklik sayəsində sərnişin tələbatı daha çox olan dayanacaq məntəqələrini, metrostansiyaları əlaqələndirmək mümkün olacaq.

Məlumat üçün qeyd edək ki, sərnişin tələbatına dair son statistik təhlillərə əsas götürülərək 19 oktyabr tarixindən M9 və M10 ekspress xətlərin fəaliyyəti dayandırılacaq. Bu xətlərdən çıxarılan avtobuslar isə sərnişin axını daha çox olan istiqamətlərdə istifadə ediləcək.

Avtobusların sayı və intervalı sərnişin tələbatına uyğun olaraq tənzimlənəcəkdir. Lakin daşımaların rahat və vaxtlı-vaxtında təmin olunması üçün avtobusların maneəsiz hərəkətinə ciddi zərurət vardır.

Əvvəlki müşahidələr onu göstərir ki, gün ərzində xüsusilə pik saatlarında nəqliyyatın hərəkətində yaranan sıxlıqlar avtobuslararası hərəkət intervalının pozulmasına, avtobusların uzun müddət tıxacda qalmasına səbəb olur. Bu isə öz növbəsində dayanacaq məntəqələrində gözləyən sərnişin sayının artmasına və avtobuslarda sərnişin sıxlığının yaranmasını qaçılmaz edir.

Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən xahiş edirik ki, avtobusların hərəkət üstünlüyünə anlayışla yanaşsınlar. Xüsusən də avtobusların dayanacaq məntəqələrinə sərbəst giriş-çıxışına şərait yaradılmalıdır.

Dayanma-durma və parklanma qaydalarına ciddi şəkildə əməl olunmalıdır. Nəqliyyat vasitələrinin dayanacaq məntəqələrinin ərazisində, avtobusların hərəkət trayektoriyasında park edilməsinə yol verilməməlidir.

Bununla yanaşı bildiririlk ki, avtobusa daxil olarkən və səyahət müddətində tibbi maskadan istifadə mütləqdir. Qaydalara riayət olunmadıqda sürücü avtobusu saxlamağa məcbur olacaq ki, bu da hərəkət intervalının pozulmasına, digər sərnişinlərin narahatlığına səbəb olacaqdır.

Sərnişinlərin bu qaydalara əməl etməsi üçün sərnişin axını nəzərə alınmaqla, əsas cəlb etmə məntəqələrində nəzarətçilər xidmət göstərir.

Ölkəmizdə hərbi vəziyyətlə əlaqədar komendant saatının tətbiqini və xüsusi karantin rejiminin davam etməsini nəzərə alaraq daşımalar da məhz mövcud vəziyyətə uyğun təşkil olunur.

Hazırki daşımalar adi rejimdə təşkil olunan daşımalar deyil, vətəndaşlarımızdan da buna anlayışla yanaşmalarını xahiş edirik.скачать dle 11.3
Mojo.az Banner