Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Koronavirusa yoluxan şagird və müəllimlərin sayı açıqlandı - RƏSMİ

16.10.2020 14:11 1 080
Koronavirusa yoluxan şagird və müəllimlərin sayı açıqlandı - RƏSMİ
“Oktyabrın 15-dək 546 şagird, 186 müəllim koronavirusa yoluxub”.

Bunu mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, bugünədək məktəb daxilində şagirdlər arasında kütləvi yoluxma qeydə alınmayıb:

“Ümumilikdə yoluxma ilə bağlı 85 sinif bağlanmışdı. Onlardan 20-də tədris bərpa olunub. Hazırda yoluxma qeydə alınan 65 sinif bağlıdır.

Müəllimlər arasında koronavirusa yoluxma ilə bağlı 48 məktəb bağlanıb. Onlardan da biri - Qubanın Qamqam kəndindəki məktəb artıq açılıb”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva isə deyib ki, yoluxmanın artımını təkcə təhsil müəssisələri ilə əlaqələndirmək olmaz:

“Son bir ayda biz özümüz də etiraf edək ki, rahatlaşmışdıq. Bu məsələdə maksimum diqqətli olmaq lazımdır. İnsanlar kənarda yoluxaraq, ev şəraitində müəllimləri yoluxdura bilərlər. Birmənalı şəkildə demək olmaz ki, müəllimlər də məktəblərdə yoluxur. Odur ki, əhalini maksimum dərəcədə karantin qaydalarına riayət etməyə çağırırıq”.

//oxu.az
скачать dle 11.3
Mojo.az Banner