Mojo.az Banner
13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

"Qarabağ" Avropa Liqasındakı ev oyunlarını harada keçirəcək?

15.10.2020 23:06 1 254
"Qarabağ" hərbi vəziyyətlə bağlı Azərbaycanda tətbiq olunan komendant saatına görə Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarını ölkədən kənarda keçirə bilər.

Median.Az
report-a istinadən xəbər verir ki, bu barədə "Kerkida" nəşri məlumat yayıb.

Bildirilib ki, qarşılaşmaların Kiprdə baş tutması istisna edilmir.

Nəşr Ağdam təmsilçisinin Türkiyə "Sivasspor" ilə görüşünün həmin ölkədə gerçəkləşməsi ehtimalının isə az olduğunu vurğulayıb.

"Qarabağ"ın Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumatı təkzib edib: "Biz hazırda matçlarımızı evdə keçirməyi planlaşdırırıq. UEFA da evdə oynayacağımızı təsdiqləyib. Hazırda bizim burada çıxış etməyimizlə bağlı problem yoxdur. Dövlətimiz tərəfindən Azərbaycanda keçirilmiş hər hansı oyunla bağlı problem olmayıb".

Qeyd edək ki, "Qarabağ" İspaniyanın "Vilyarreal", İsrailin "Makkabi" (Tel-Əviv) və Türkiyənin "Sivasspor" klubları ilə birlikdə I qrupunda yer alıb. Azərbaycan çempionu evdə ilk oyununu oktyabrın 29-da La Liqa təmsilçisinə qarşı keçirəcək.

Xatırladaq ki, Azərbaycan çempionu ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirməlidir.скачать dle 11.3
Mojo.az Banner