Mojo.az Banner
20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |     20:15 Ət bazarında yeni qaydalar: Qiymətlər bahalaşa bilər  |     20:10 Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək  |     20:02 Çörəyin son istifadə tarixindən əvvəl xarab olduğunu necə anlamaq olar?  |     19:57 Deputat: "Ermənilərin Azərbaycan tarixi ilə bağlı saxtakarlıqları davam edir"  |     19:49 Pəncərələrdə tül artıq məcburi deyil: Müasir evlərdə onu nə ilə əvəz edirlər?  |     19:43 Milli 1-0 məğlub olduğu üçün istefa verdi  |     19:41 Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI  |     19:37 “Masazır dairəsi”ndə ölümlə nəticələnən qəzanın VİDEOSU  |     19:30 "14 manata ət təklif etdik, qəssab almadı" - Fermerdən şikayət  |     19:21 Ayxan Abbasov: "Əsas məqsədimiz bu turnirdə birinci yeri tutmaqdır"  |     19:08 Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq  |     18:54 Ağcabədidə ağır QƏZA: İki qardaş öldü  |     18:39 İngiltərə-İspaniya oyununu bu kanal yayımlayacaq  |     18:19 Formula 1-dən kim qazanır? – Bakıda ən çox gəlir götürən sahələr AÇIQLANDI  |    
Mojo.az Avto
Mojo.az Avto

Növbəti düşmən təxribatı ilə üz-üzə - Nazirlikdən XƏBƏRDARLIQ

15.10.2020 14:47 4 521
Növbəti düşmən təxribatı ilə üz-üzə - Nazirlikdən XƏBƏRDARLIQ
Azərbaycan Ordusunun əks-hücum əməliyyatları və cəbhənin müxtəlif istiqamətlərində əldə edilən uğurlardan məyus olan işğalçı və təcavüzkar Ermənistan kibermühitdə ölkəmizə qarşı təxribatlarını davam etdirir.

Ermənistan Respublikası tərəfindən ölkəmizin bir sıra xəbər saytlarının təhlükəsizlik boşluqlarından istifadə etməklə həyata keçirilən kiberhücumlar vasitəsilə bəzi həqiqətə uyğun olmayan və təxribat xarakterli məlumatların yayılmasına cəhdlər göstərilir.

Bununla əlaqədar, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bütün özəl internet resurslarının, xüsusilə xəbər saytlarının sahiblərinə düşmənin məkrli əməllərinin qarşısının alınması məqsədilə müvafiq təhlükəsizlik tədbirlərini gücləndirmələri tövsiyə olunur.

Özəl internet informasiya ehtiyatı sahiblərindən xahiş olunur ki, hər hansı kiberinsidentlə üzləşdikdə, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə “1654” qaynar xətti, www.cert.az saytı və ya reports@cert.az e-poçtu vasitəsilə məlumat versinlər.скачать dle 11.3
Mojo.az Banner