Mojo.az Banner
19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |     16:17 Bakıda skuter və motosikletin iştirakı ilə baş verən qəzalar - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Koronavirusla bağlı məhdudiyyətlərin tətbiq edildiyi kənddən reportaj - VİDEO

15.10.2020 12:35 984
Koronavirusla bağlı məhdudiyyətlərin tətbiq edildiyi kənddən reportaj - VİDEO
Oktyabrın 14-dən etibarən ölkənin bir neçə şəhərində koronavirus pandemiyasına yeni yoluxma faktlarının qeydə alınması ilə əlaqədar yeni qaydalar qüvvəyə minib. Qaydaların tətbiq olunduğu Şəki şəhəri və Kiş kəndində karantin rejimi qaydalarının təmin olunması üçün nəzarət tədbirləri gücləndirilib.

Baku TV Kiş kəndindəki mövcud vəziyyətlə bağlı reportaj hazırlayıb.

Kiş kəndində 7300 nəfərdən çox sakin yaşayır. Burada yaşayanların bəziləri karantin rejiminə düzgün əməl edir və bu mübarizədə qalib gəlmək üçün əlindən gələni əsirgəmir. Kiş kəndində yaşayan sakinlərin əksəriyyəti şəhər ərazisindəki müəssisə və idarələrdə işləyir və ya təhsil alır.

Xüsusi karantin rejiminin tətbiqi kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsində məhdudiyyət yaradıb. Müşahidələrə əsasən demək olar ki, istər şəhər, istərsə də kənd ərazisində sakinlərin bəziləri karantin qaydalarına əməl etməyərək sosial məsafəni gözləmirlər. Bu da rayonda pandemiyanın artmasına səbəb olur.

Rayon icra hakimiyyəti yanında yaradılan qərargahın üzvləri və polis əməkdaşlarından ibarət mobil qruplar yenidən fəaliyyətə başlayıb. Operativ qərargahın müəyyən etdiyi tələb və qaydaların təmin edilməsi, sosial məsafənin qorunması, tibbi maskalardan istifadənin vacibliyi vətəndaşların diqqətinə çatdırılır, tövsiyələr verilir.скачать dle 11.3
Mojo.az Banner