Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Soydaşlarımız Fransanın qərəzli yanaşmasına etiraz olaraq bəyanat qəbul edib - FOTO

14.10.2020 13:39 1 125
Soydaşlarımız Fransanın qərəzli yanaşmasına etiraz olaraq bəyanat qəbul edib - FOTO
Soydaşlarımız Fransanın qərəzli yanaşmasına etiraz olaraq bəyanat qəbul edib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bəyanatda qeyd edilir ki, sentyabrın 30-da Fransa Prezidenti Emmanuel Makron Latviyanın paytaxtı Riqada Ermənistan-Azərbaycan münaqişəsi və cəbhədə baş verənlərə toxunaraq, həqiqətə uyğun olmayan qeyri-ciddi açıqlamalar verib.

Daha sonra Fransa kimi dövlətin prezidenti olaraq saxta məlumatlar və şayiələr əsasında, heç bir dəlil-sübutsuz Azərbaycana qarşı böhtan atıb. Bu açıqlamalar dünyada yaşayan bütün azərbaycanlıların kəskin etirazına səbəb olub. Bu, bir daha göstərir ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi tərəfsizliyini qoruya bilmir.

Bildirilir ki, vasitəçi tərəfsiz və ədalətli olmalıdır. Fransa təcavüzkar Ermənistanla işğala məruz qalmış Azərbaycan arasında fərq qoymur və qərəzli şəkildə işğalçı Ermənistanı müdafiə edir.

Bəyanatda xatırladılır ki, Fransa 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən məlum dörd qətnaməsinin lehinə səs verən ölkədir.

Həmçinin, müraciətdə Azərbaycanın haqlı olduğu qeyd edilib, dünya dövlətlərinə və beynəlxalq təşkilatlara ədalətli yanaşma çağırışı edilib.

Qeyd edək ki, bəyanatı Azərbaycan, Türkiyə, İsrail, Rusiya, Qırğızıstan, Qazaxıstan və s. ölkələrdə yaşayan azərbaycanlılar, eləcə də, dost xalqların nümayəndələri də daxil olmaqla, ümumilikdə 44 nəfər imzalayıb.




скачать dle 11.3
Mojo.az Banner