Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Hərbi vəziyyət dövründə mülki PUA-ların istifadəsi qadağan edildi - RƏSMİ

09.10.2020 18:02 1 613
Hərbi vəziyyət dövründə mülki PUA-ların istifadəsi qadağan edildi - RƏSMİ
“Cəbhə xəttində intensiv döyüş əməliyyatlarının aparıldığı indiki vaxtda respublika ərazisində mülki pilotsuz uçan aparatların (PUA) müxtəlif məqsədlərlə havaya qaldırılması əhali arasında narahatlıq yaratmaqla aidiyyəti dövlət strukturlarının fəaliyyətinə maneə törədir”.

Bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu və “Hərbi vəziyyətin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasında mülkiyyət formasından asılı olmayaraq bütün mülki pilotsuz uçan aparatların hərbi vəziyyət dövründə istifadəsinin qadağan edildiyi bir daha diqqətə çatdırılır.

Bununla əlaqədar, ölkə səmasında bu növ pilotsuz uçan aparatları müşahidə edən şəxslərdən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə (012) 405 99 99 və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə (012) 497 16 73 nömrəli telefonlar vasitəsilə məlumat vermələri xahiş olunur.скачать dle 11.3
Mojo.az Banner