Mojo.az Banner
19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |     16:17 Bakıda skuter və motosikletin iştirakı ilə baş verən qəzalar - VİDEO  |     16:11 DYP dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Füzulidə düşmən təxribatı nəticəsində ANAMA-nın əməkdaşı ağır yaralandı - RƏSMİ

09.10.2020 15:18 1 614
Füzulidə düşmən təxribatı nəticəsində ANAMA-nın əməkdaşı ağır yaralandı - RƏSMİ
Bu gün səhər saatlarında erməni silahlı qüvvələrinin növbəti dəfə dinc əhalini hədəfə alması nəticəsində Azərbaycan Respublikasının Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Füzuli regional idarəsinin əməkdaşı, 30 noyabr 1982-ci il təvəllüdlü Əsədov Samir Hidayət oğlu ağır şəkildə yaralanıb və əməliyyat olunmaq üçün təcili xəstəxanaya çatdırılıb.

Bu barədə ANAMA məlumat yayıb.

Bildirilib ki, yaralıda üç ədəd qəlpə yarası aşkar edilib və hazırda cərrahiyyə əməliyyatı davam edir. S.H.Əsədovun vəziyyəti ağır olaraq qalır:

“Qeyd olunanlar bir daha sübut edir ki, erməni silahlı qüvvələri mülki əhali və obyektləri atəşə tutmaqla yanaşı, əhalinin təhlükəsizliyini təmin edən humanitar minatəmizləmə ilə məşğul olan Agentliyin işçi heyətini də hədəfə alırlar.

Qeyd etmək istəyirik ki, hazırda cəbhəboyu mülki ərazilərdə infrastrukturun, mülki obyektlərin və yerli əhalinin təhlükəsiyliyinin təmin edilməsi məqsədilə Agentliyin işçi heyəti 24 saatlıq fasiləsiz iş rejimi ilə fəaliyyət göstərir.

Həmin ərazilərdə yerləşən şəhər, rayon və onlara daxil olan kəndlərdə Agentlikdə təşkil olunan qruplar tərəfindən sakinlərə yerlərdə təhlükəsiz hərəkət qaydaları, Mina Təhlükəsinə dair Maarifləndirmə və xəbərdarlıq istiqamətində təbliğat fəaliyyəti həyata keçirilir”.скачать dle 11.3
Mojo.az Banner