Mojo.az Banner
22:03 Ukrayna Rusiya ilə danışıqları rəsmən dayandırıb  |     21:55 Azərbaycan 2026-cı ildə istehsalçılar üçün tarif güzəştlərini genişləndirməyi planlaşdırır  |     21:46 Qəzada həlak olan hərbçi xərçəng xəstəsinə donor olubmuş  |     21:39 Ermənistan-Azərbaycan sərhədində baş verən yanğın davam edir  |     21:30 Sumqayıtdan Bakıya gələcək yeni marşrutun dayanacaq məntəqələri - FOTOLAR  |     21:23 Türkiyə və Gürcüstan prezidentləri təyyarə qəzası ilə bağlı son durumu müzakirə ediblər  |     21:13 Sakinlər öz evlərinə hasarı aşaraq girməli olurlar  |     21:08 Muazzez Abacı ad günündə vəfat etdi  |     20:59 Azərbaycan karateçisi İslamiadanın qalibi oldu  |     20:32 Qardaşını qətlə yetirməkdə təqsirləndirilən Amin Nuri: "Narkotik istifadə etdiyi üçün öldürmüşəm"  |     19:59 Mqer Qriqoryan Şahin Mustafayevlə "Tramp marşrutu"nu müzakirə edib  |     19:45 Şəmkirdə yanacaqdoldurma məntəqəsində yanğın olub  |     19:23 Azərbaycanın kino sənayesində ikiillik inkişaf dinamikasının qorunması prioritet məsələdir  |     18:30 Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI  |     18:15 Pensiya alan 123 min şəxsin rəsmi iş yeri də var  |     17:55 Binəqədidə tıxaca səbəb olan kanalizasiya xəttinin çəkilişi işləri nə zaman yekunlaşacaq?  |     17:34 Azərbaycanda onlayn cərimə ödənişi zamanı komissiya tutulacaq - MƏBLƏĞ  |     17:25 Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlandı  |     17:20 Gələn il üçün dəfn müavinətlərinin orta məbləği AÇIQLANDI  |     16:54 Rusiyada pilotsuz sistem qoşunları yaradılıb  |    
Left Banner
Right Banner

Bakıda Qobustan sakini bıçaqlanaraq öldürüldü

08.10.2020 13:27 2 202
Bakıda Qobustan sakini bıçaqlanaraq öldürüldü
Bakının Qaradağ rayonunda qətl hadisəsi baş verib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, oktyabrın 8-i, saat 02:00-da Müşfiqabad qəsəbəsində küçədə 1998-ci il təvəllüdlü Qobustan rayon sakini Murad Bəhramovun qarın və qol nahiyəsindən bıçaq xəsarətləri yetirilmiş meyiti tapılıb. Bundan əlavə, M.Bəhramovun 1981-ci il təvəllüdlü həmyerlisi Məqatil Abbasəliyev ağır yaralı vəziyyətdə olub və Qaradağ regional xəstəxanasına yerləşdirilib.

Faktla bağlı heç kim tutulmayıb. Rayon prokurorluğu 120 (qəsdən adam öldürmə) və 29.120 (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başladıb. Cinayətin motivi araşdırılır.

İlkin məlumata görə, qətldə şübhəli bilinən şəxs avtomobillə hadisə yerindən qaçıb. Bu, yaxınlıqda quraşdırılmış müşahidə kamerası tərəfindən qeydə alınıb.

Xatırladaq ki, Bakıda saat 21:00-dan etibarən komendant saatı tətbiq olunur. Cinayət meyitin aşkar edilməsindən yarım saat əvvəl törədilib.скачать dle 11.3