Mojo.az Banner
23:01 Çin maşınlarını alanlar niyə dərhal satır? — AÇIQLAMA  |     22:53 Azərbaycanda suyun qiymətinin artması ilə bağlı xəbərlərə rəsmi reaksiya  |     22:52 Azərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?  |     22:47 Türkiyədən gətirilən duz yodsuz çıxdı, müsadirə olundu - 4 min cərimə  |     22:44 Sosial müavinət alanlara mühüm xəbər  |     22:29 UEFA "Benfika"nın futbolçusunu irqçiliyə görə cəzalandırdı  |     22:23 Alim Qasımov Bakıda zavod açdı  |     22:18 İmsak vaxtı azan oxunarkən su içmək orucu pozur?  |     22:11 Ölkədə problemli və çətin tapılan qan qrupları açıqlandı  |     22:06 Ötən ay Azərbaycanda 1 mlrd. ədəddən çox siqaret istehsal edildi  |     21:56 Ay sonuna çatmayan maaş - İnflaysiya, yoxsa lazımsız xərcləmələr?  |     21:50 Şəkidə yaşayış binasında yanğın  |     21:45 "Qarabağ"ın istədiyi futbolçular bilindi  |     21:38 30 min manatdan çox borcu olan bələdiyyə sədrinin ölkədən çıxışına "stop" qoyuldu  |     21:33 Fermadan 44 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Baş prokuror Tbilisidə Ulu Öndərin abidəsini ziyarət edib - FOTO  |     21:15 Bakıda bu rayonlarda yeni söküntülər olacaq - ÜNVANLAR  |     21:09 Bakının bu küçələrində YOLLAR BAĞLANACAQ  |     20:40 Bakıda 2 nəfər saxlanıldı  |     20:33 Ramazan ayının altıncı günü: İmsak və iftar vaxtı, günün duası  |    
Left Banner
Right Banner

Azərbaycanlı deputat: “Bakı İrəvanın kürd yaraqlılarla təmasları barədə hələ iyul ayında elan etmişdi”

07.10.2020 23:40 2 337
Azərbaycanlı deputat: “Bakı İrəvanın kürd yaraqlılarla təmasları barədə hələ iyul ayında elan etmişdi”
Oktyabrın 6-da Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, Rusiya tərəfinin Dağlıq Qarabağdakı münaqişə bölgəsində “Cəbhat ən-Nusra”, “Fırkat əl-Həmzə”, “Sultan Murad” terror təşkilatlarının, həmçinin ekstremist kürd qruplarının iştirakına dair sübutlarının olduğunu elan etdi.

Bu açıqlamanı şərh edən Azərbaycan Milli Məclisinin Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin üzvü, hüquq elmləri doktoru Nizami Səfərov qeyd etdi ki, Azərbaycan tərəfinin malik olduğu etibarlı məlumata görə, kürd silahlıları Ermənistan silahlı qüvvələri tərəfində Dağlıq Qarabağdakı hərbi konfliktdə fəal iştirak edirlər.

“Məlumatlı mənbələrdən əldə edilən informasiyaya əsasən, 2020-ci ilin iyul ayının əvvəlində Kürdüstan Fəhlə Partiyası (PKK) və Kürdüstanın Vətənpərvərlər Birliyinin liderləri ilə erməni emissarları arasında danışıqların aparıldığı barədə xəbərlər daxil olub.

“Onları Türkiyə və Azərbaycanın timsalında “ortaq düşmənə” qarşı mübarizə aparmağa inandıran erməni emissarlar Qarabağdakı döyüşlərdə 1 500-ə yaxın muzdluların iştirakı üçün razılıq əldə ediblər”, deyə N. Səfərov söyləyib.

“Azərbaycan tərəfi bu faktlar barədə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrini zamanında məlumatlandırıb, lakin təəssüf ki, beynəlxalq ictimaiyyət bir daha Azərbaycan tərəfinin bu xəbərdarlığına əhəmiyyət verməyib.

Əksinə, son vaxtlar informasiya məkanına terrorçu silahlıların guya Azərbaycan tərəfində döyüşdüyünə dair saxta xəbərlər buraxılıb”, - Milli Məclisin deputatı qeyd edib.

“Bunlar tamamilə əsassız, heç bir faktla öz təsdiqini tapmayan iddialardır. Azərbaycan ordusu bölgədəki ən güclü silahlı ordu olduğundan əks hücum əməliyyatımıza əlavə qüvvələrin cəlb edilməsinə zərurət yoxdur. Mən açıq-aydın bir həqiqətə istinad etmək istəyirəm. Azərbaycan muzdluların ələ alınmasına, istifadəsinə, maliyyələşdirilməsinə və təliminə qarşı Beynəlxalq Konvensiyaya qoşulub və bu əməllərə görə cinayət məsuliyyəti haqqında normanı milli qanunvericilikdə tətbiq edib. Ancaq, BMT saytında yer alan rəsmi məlumata görə, Ermənistan sözügedən Konvensiyanı nə imzalayıb, nə də təsdiqləyib. Bu baxımdan hesab edirəm ki, terrorçu silahlıları məhz erməni tərəfində axtarmaq lazımdır”, deyə Nizami Səfərov fikrini tamamlayıb.скачать dle 11.3
Mojo.az Banner