Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Xəzər İbrahim: “Qarabağdakı PKK terrorçularının Şimali İraqla əlaqəsini müəyyən etdik”

07.10.2020 21:25 1 921
Xəzər İbrahim: “Qarabağdakı PKK terrorçularının Şimali İraqla əlaqəsini müəyyən etdik”
“Qarabağda Ermənistan tərəfindən vuruşan PKK terrorçularının Şimali İraqdakı mərkəzləri ilə əlaqə saxladıqlarını müəyyən etdik”.

Bu sözləri Gazi Universiteti tərəfindən keçirilən “Qarabağın dünəni, bu günü və sabahı” adlı paneldə çıxışı zamanı Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib.

Xəzər İbrahim çıxışında Türkiyənin Azərbaycana dəstəyi məsələsini də diqqətdə saxlayıb:

“Qardaş türk millətinin mənəvi dəstəyi bizə kifayətdir. İnşallah işğaldan qurtulmuş Qarabağ torpaqlarında hamımız birlikdə mahnılar oxuyacağıq”.

Türkiyədəki səfirimiz Ermənistanın cəbhədə PKK terrorçularından dəstək aldığını da ifadə edib:
“Zərərsizləşdirilən erməni əsgərlərinin arasında PKK terrorçularının da cəsədləri var. Terrorla mübarizə Qərb ölkələri üçün normal olduğu halda, bizə gələndə bu vəziyyət beynəlxalq ictimaiyyət tərəfindən anormal qarşılanır. Bizi bu mövzuda sadəcə qardaş Türkiyə dəstəkləyir”.

Səfir həmçinin baş verən döyüşlər nəticəsində erməni əsgərlərinin silahlarını buraxaraq qaçmağa məcbur olduqlarını söyləyib:

“Döyüşlərdə uduzduqlarını anladıqda raketlərlə dinc əhalinin məskunlaşdığı əraziləri hədəfə alır və bizim mənəvi gücümüzü qırmağa çalışırlar. Bizə hücum edənlər təkcə Qarabağdan deyil, eyni zamanda Ermənistan sərhədləri daxilindən də raketlər atdılar. Ermənistan öz gücü çatmadığı üçün bu hadisəyə böyük dövlətləri daxil etmək axtarışındadır”.скачать dle 11.3
Mojo.az Banner