Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Yalançı demokrat və təcavüzkar siyasətçi obrazı

06.10.2020 18:29 1 409
Yalançı demokrat və təcavüzkar siyasətçi obrazı
Dünən internet resurslarında, sosial şəbəkə və mediada belə bir məlumat yayıldı ki, N.Paşinyan öz oğlunu “könüllü” şəkildə erməni ordusuna yazdırdıb yenidən Qarabağa-Azərbaycan torpağına, bu dəfə döyüşə göndərir. Fotoşəkillər manşetlərə çıxarılmışdı.

Bu avantürist siyasətçi həqiqətən xəstədir, sağalmaz populizm, “manşetlər bəzəyi” xəstəliyinə yoluxub... Onun xəstəliyi erməni cəmiyyətinin hansı faciələrinə artıq səbəb olub və hələ bundan sonra olacaq, bunun carəsini tapıb əlacını qılmaq ermənilərin öz işidir. Azərbaycan torpaqlarında gənc övladlarını itirən gözüyaşlı erməni analarının öz baş nazirlərindən cavab tələb etmək, ondan siyasi qisaslarını almaq erməni analarının analıq borcu və haqqıdır...

Amma Paşinyanın hər gün zəng edib kömək umduğu, yalvardığı ünvan sahibləri, gündə bir bəyanatla çıxış edib açıq və ya gizli şəkildə ona dəstək verən, işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan, haqsız və haqlı arasında ədalətsiz “bərabərlik” işarəsi qoyan bəzi dövlət başçıları və beynəlxalq təşkilatlar niyə bu avantürist siyasətçiyə izah etmirlər ki, onun manşetlərə çıxardığı belə səhnələr təkcə populizm deyil?! Oğlunu başqa dövlətin ərazisinə məcburi-“könüllü” şəkildə döyüşə göndərmək açıq şəkildə işğal siyasətində, hərbi təcavüzdə iştirak faktının etirafı deməkdir. Niyə bunu Paşinyana izah etmirlər? Niyə onu başa salmırlar ki, bu cür addımlar beynəlxalq hüququ pozmaq, digər Ermənistan vətəndaşları ilə birgə öz övladını da hərbi cinayətlərinə şərik etmək deməkdir?! Vasitəçilikdə tərəfsiz olmalı olduğu halda, işğalçının tərəfini tutan mütərəqqi Avropa dövlətinin başçısı niyə Paşinyana demir ki, döyüş mövqeyindən onlarla kilometr uzaqlıqda yerləşən Gəncəni, Mingəçeviri, Xızı və Abşeronu, digər Azərbaycan ərazilərini məqsədli şəkildə raket zərbələrinə məruz qoymaq beynəlxalq konvensiyalara ziddir və növbəti hərbi cinayətdir?!

Bu zərbələr nəticəsində həlak olan və yaralanan onlarla mülki vətəndaşımız məhz Paşinyanın siyasi hakimiyyətinin növbəti hərbi avantürasının günahsız qurbanlarıdır. Görəsən raket, qadağan edilmiş kasetli bomba zərbələrinə cavab olaraq, mülki əhalimizi hədəfə alan erməni hərbi mövqelərini beynəlxalq konvensiyaların tələbinə uyğun şəkildə Azərbaycan Ordusu legitim hərbi hədəflər kimi məhv edəndə, həmin ünvanlar susmaqda davam edəcəklərmi?! Nəhayət, bu avantürist siyasətçiyə başa salan olacaqmı ki, hərbi təcavüz, mülki əhalini hədəf seçmək hakimiyyətə gəlmək üçün əlinə səsgücləndirici götürüb İrəvan küçələrində yürüş etmək, selfi çəkdirmək, saxta “demokratiya tamaşalarını” səhnələşdirmək demək deyil! Bu oyunların və əməllərin bədəli var və mütləq olacaq.скачать dle 11.3
Mojo.az Banner