Mojo.az Banner
12:55 Bulvarda gənc qıza və oğlana qarşı zorakılıq hadisəsinin ANBAAN GÖRÜNTÜLƏRİ  |     12:40 Azərbaycanda tanınmış kosmetoloq barəsində yeni hökm çıxarıldı - FOTO  |     12:26 Dövlət vəsaitini mənimsəməkdə ittiham olunan bağça müdiri və müavininə BƏRAƏT VERİLDİ  |     12:13 Azərbaycanda yeddi dövlət qurumu ləğv olundu  |     11:44 Malayziya kralı Azərbaycan Prezidentini təbrik etdi  |     11:39 Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı  |     11:33 Arutyunyan və digərlərinin məhkəməsi başlayır  |     11:16 Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq  |     22:58 Cəlilabadda bir neçə yaşayış məntəqəsi qazsız qalıb  |     22:51 Tbilisi qatarının ilk sərnişinləri arasında Cavid Qurbanov da var - FOTO  |     22:41 Həştərxan vilayətinin qubernatoru Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi  |     22:34 Qanunsuz heyvan kəsimi və satışına yol verilməyəcək - XƏBƏRDARLIQ - VİDEO  |     22:28 Zibil kimi atdığımız bu əşyalar əslində bizə pul qazandıra bilər — AÇIQLAMA  |     22:20 İranın yeni şərti ortaya çıxdı: ABŞ ilə razılaşma üçün Pekin zəmanəti  |     21:53 May ayından sonra... həyatı heç vaxt əvvəlki kimi olmayacaq BÜRCLƏR  |     21:45 Ayıların ailəlikcə toy mərasiminə qatılması viral oldu  |     21:35 Türkiyənin pilotsuz avtobusu İsveçdə ilk iş günündə qəzaya düşdü  |     21:25 İmişlidə ağır qəza - ölənlər və yaralananlar var - YENİLƏNİB  |     21:10 Bəzi şəxslərə pulsuz mənzillər veriləcək  |     21:01 Kamran Əsədov ifadə verdi - Aldığı pulların hamısını...  |    
Left Banner
Right Banner

İAKŞ Ermənistanın son hərbi təxribatları ilə əlaqədar Stokholmda mətbuat konfransı keçirib - FOTO

05.10.2020 20:52 1 326
İAKŞ Ermənistanın son hərbi təxribatları ilə əlaqədar Stokholmda mətbuat konfransı keçirib - FOTO
İsveç Azərbaycanlıları Koordinasiya Şurası (İAKŞ) Ermənistanın son hərbi təxribatları ilə əlaqədar Stokholmda mətbuat konfransı təşkil edib.

Mətbuat konfransında Ermənistan ordusunun cəbhəboyu ərazidə törətdiyi növbəti təxribatlar barədə ətraflı məlumat verilib və İsveç mediasının sualları cavablandırılıb.

İsveç Jurnalistlər Birliyinin üzvlərinin, bloqerlərin, eləcə də konfransda iştirak edən təşkilat və dərnək nümayəndələrinin suallarına İsveç Azərbaycanlıları Koordinasiya Şurasının rəhbəri və İsveçdəki Azərbaycan diasporunun fəalları cavab verib.

Bildirilib ki, Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan ərazilərindən yaşayış məntəqələrini, mülki əhalini, azyaşlıları atəşə tutur, dünyanın müxtəlif ölkələrindən terrorçu qruplaşmaların üzvlərini diaspor adı ilə öz ölkələrinə gətirirlər.

İsveç cəmiyyətinə və müxtəlif dövlət orqanlarına Azərbaycanın rəsmi mövqeyinin çatdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

İsveç Azərbaycanlıları Koordinasiya Şurasını və bu ölkədəki müxtəlif Azərbaycan diaspor təşkilatlarını təmsil edən İradə Əliyeva, Abdulla Amir Həşimi Cavanşir, Nadir Hollenbrand, Teymur Eminbəyli, Gülüş Nemətova, Emin Eminbəyli, Rauf Səfərli, Səbinə İskəndərli, Türkan Cəfərzadə, Eluca Atalı jurnalistlərin Qarabağ problemi, bu mövzuda Avropada aparılan təbliğat, Dağlıq Qarabağ və ətraf rayonların işğalı, həmin ərazilərdəki təbii sərvətlərin talanması və s. ilə bağlı sullara cavab verib, bəyanatlar səsləndiriblər.

Bəyanatlar həm mətbuat orqanlarına, həm də rəsmi qurumlara yönəldilib.

Mətbuat konfransında İsveçdə olan 21 Azərbaycan təşkilatı və dərnəyi təmsil olunub.

скачать dle 11.3
Mojo.az Banner