Mojo.az Banner
18:01 Ərindən ayrılan üç uşaq anasını SEVGİLİSİ DÖYDÜ  |     17:06 Tramp İranı atəşkəsi dəfələrə pozmaqda ittiham etdi  |     16:48 Güzəştli ipoteka ala biləcək şəxslərin SİYAHISI genişləndirildi - FƏRMAN  |     16:14 İcbari avtosığorta qaydalarına dəyişiklik edilib, Bonus-Malus sistemi əvəzlənir  |     15:25 Metro fəaliyyətini bərpa etdi  |     15:04 Arvadının qulağını dişlədi, amnistiyaya düşdü  |     15:00 Bu halda valideyn və müəllim 200 manat cərimələnəcək  |     14:50 Bakı metrosu nə vaxt açılacaq?  |     14:49 İtaliyada "Formula-1" pilotlarına qarşı irimiqyaslı ARAŞDIRMA BAŞLADI  |     14:25 “Əhmədin xəstəxanadan buraxılması tamamilə cəfəngiyyatdır” - Rəsmi  |     14:19 Qiymətlər niyə durmadan artır? - Problemin ƏSAS SƏBƏBLƏRİ AÇIQLANDI  |     14:12 SON DƏQİQƏ - Bakı metrosunun bütün stansiyalarına giriş bağlandı (Video)  |     14:07 Neft və qaz bahalaşır — Enerji qiymətləri 50 faiz artacaq  |     12:19 TƏBİB-in yeni rəhbəri 5 müşaviri və departament rəhbərini işdən çıxardı  |     12:17 Kənar Dairəvi yolda DƏHŞƏTLİ QƏZA: ÖLƏN və xəsarət alanlar var - FOTO  |     12:16 Bakı-Qazax yolunda maşında Türkiyə vətəndaşının meyiti tapılıb  |     12:14 Röya Ayxanın stilistini öldürən şəxs qərardan narazıdır - FOTO  |     12:08 Bakıda xala tiktoker olan bacısı qızını məhkəməyə verdi  |     12:07 Azərbaycan nefti 6 dollardan çox BAHALAŞDI  |     12:06 Bəzi yerlərdə YAĞINTI intensivləşib: Dağlıq ərazilərdə QAR YAĞIR - FAKTİKİ HAVA  |    
Left Banner
Right Banner

Ermənilərin atdığı mərmi səbəbindən Horadiz ərazisində yanğın başlayıb

02.10.2020 21:26 1 515
Ermənilərin atdığı mərmi səbəbindən Horadiz ərazisində yanğın başlayıb
Ermənistan silahlı qüvvələrinin atdığı mərmi səbəbindən hazırda Füzuli rayonunun Horadiz şəhərinin ətrafında qamışlıq-bataqlıq ərazidə - İran İslam Respublikası ilə həmsərhəd zonada yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən (FHN) APA-ya verilən məlumata görə, yanğının söndürülməsi istiqamətində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən müvafiq tədbirlər görülür.

Yanğının ətraf tikintilərə, həmçinin vətəndaşın həyatına hər hansı təhlükəsi yoxdur.

Bundan başqa, düşmənin artilleriya atəşi altında saxladığı Tərtər şəhərində təhlükəli və çıxılmaz vəziyyətdə qalan 2 nəfər FHN DYMX-nin yanğınsöndürən-xilasediciləri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Qeyd edək ki, düşmənin artilleriya atəşləri nəticəsində mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün FHN gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xəttinə dərhal məlumat verilməsi vətəndaşlardan xahiş olunur.скачать dle 11.3
Mojo.az Banner