Mojo.az Banner
18:55 Bəzi ərazilərdə külək güclənib, yağış yağır - FAKTİKİ HAVA  |     18:52 Ermənistanda general-mayor axtarışa verilib  |     18:37 Ukraynadan gətirilən tonlarla toyuq məhsulunda qızdırmaya səbəb olan bakteriya aşkarlandı  |     18:13 Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verildi  |     17:20 Masallıda 2 100 abonentin qazı kəsiləcək  |     16:35 Bakıda ürəyi dayanan kişini xəstəxana həyətində həyata qaytardılar - VİDEO  |     15:23 Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq  |     15:20 Bakıda avtobus sürücüsü sükan arxasında öldü  |     15:14 Gizli koordinasiya iddiası: ABŞ-İsrail-İran xəttində gərginlik pik həddə  |     15:03 Avtoyuma məntəqəsindən "Range Rover" qaçırdı, qəza törətdi  |     15:00 Oğuzda qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb  |     14:58 İran bəyan edib ki, heç vaxt uranın ABŞ-a çıxarılması məsələsini nəzərdən keçirməyib  |     14:55 Daha bir saxta həkim qalmaqalı - Katibə cərrahlıq edir? (Video)  |     14:45 Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupu açıqlandı  |     14:34 Bakıda sinif yoldaşını YANDIRAN ŞAGİRD saxlanıldı (Yenilənib)  |     14:21 Azərbaycanda 15 yaşlı qız uşaq dünyaya gətirdi, cinayət işi açıldı (Yenilənib)  |     14:19 Sumqayıtda dəm qazından zəhərlənən uşaqdan sonuncusu EVƏ BURAXILIB  |     14:18 Azərbaycanda bəzi məktəblərin bufetlərində qadağan edilən məhsullar satılırmış  |     14:17 Azərbaycanda pulu daha çox nəyə xərcləyirlər?  |     14:12 Ağdərədə usta faciəli şəkildə öldü  |    
Left Banner
Right Banner

Ordumuz Ermənistanın 1,2 milyard dollarlıq hərbi texnikasını məhv edib

02.10.2020 14:46 2 838
Ordumuz Ermənistanın 1,2 milyard dollarlıq hərbi texnikasını məhv edib
Cəmi dörd gün ərzində ordumuzun düşmənə endirdiyi zərbələr nəticəsində rəqibin 1 milyard 200 milyon ABŞ dollarından çox qiyməti olan hərbi texnika və sursatı məhv edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata əsasən, Ermənistanın fiskal imkanları bahalı və uzunmüddətli resurs müharibəsi aparmağa hazır deyil.

Ölkənin Maliyyə Nazirliyinin məlumatlarına görə, 2020-ci il ərzində dövlət büdcəsində hərbi istiqamətə nəzərdə tutulmuş xərclərin həcmi təxminən 634 milyon ABŞ dollarıdır. “Global FirePower” hərbi-analitik mərkəzinin hesablamalarına görə isə Ermənistanın ümumi hərbi büdcəsi 1 milyard 385 milyard ABŞ dolları həcmindədir.

Cəmi dörd gün ərzində Azərbaycan ordusu düşmənin hərbiyə ayırdığı vəsaitdən iki dəfə çox büdcəsini, ümumi hərbi büdcəsinin isə tamamını məhv edib.

Belə ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21:30-dək düşmənin 200-dək tank və digər zirehli texnika, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi məhv edilib.

Bundan əlavə, Ermənistanın 2 ədəd SU-25 hərbi qırıcısı dağa çırpılaraq məhv olub. Məhv edilən S-300 sistemlərinin qiymətləri növlərindən asılı olaraq təxminən 115 milyondan 160 milyon ABŞ dolları arasında dəyişir.

Həmçinin, “Deagel nəşri”nə görə Ermənistanın arsenalında olan silahlar isə S-300-lərin PMU1 modifikasiyasına məxsusdur. Bu modifikasiyaların qiymətləri isə təxminən 160 milyon ABŞ dolları, bir raketinin qiyməti isə 1 milyon ABŞ dollarından çox qiymətləndirilir.

Eləcə də, SU-25 təyyarələrinin 11 milyon ABŞ dolları dəyərində qiyməti mövcuddur. Əlavə olaraq, düşmənin arsenalında olan və məhv edilən 200-dək T-72 və onun müxtəlif modifikasiyalarının ümumi qiymətləri isə təxminən 300 milyon ABŞ dollarıdır.

Hərbi ekspertlər Ermənistanın məhv edilən hava hücumundan müdafiə sistemləri arasında əsasən “Osa” komplekslərinin üstünlük təşkil etdiyini qeyd edirlər. Bu tipli silahların birinin qiyməti isə 20-25 milyon ABŞ dolları arasında dəyişir.

Qeyd olunanları nəzərə alaraq, indiki vəziyyətdə düşmənin resurs müharibəsinə çox davam gətirəcəyi gözlənilmir. Pandemiyanın da gətirdiyi yeni iqtisadi şərait ölkədə iqtisadi vəziyyəti onsuz da kəskinləşdirib. Bu baxımdan ölkənin uzunmüddətli resurs müharibəsi aparmaq üçün heç bir əlavə imkanları mövcud deyil.скачать dle 11.3
Mojo.az Banner