Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Deputat: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra Minsk qrupunun həmsədrlərinə ehtiyac qalmayacaq”

02.10.2020 14:44 1 037
Deputat: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra Minsk qrupunun həmsədrlərinə ehtiyac qalmayacaq”
“Ordumuz savaşır, vətən müharibəsi aparır. Bu gün bizim çox sayda könüllülərimiz sevə-sevə cəbhə bölgəsinə gedirlər, rəşadətlə vuruşurlar. Heç bir atəşkəs çağırışı, qəbul edilən bəyanatlar keçərli deyil”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqının torpaqlarını işğaldan azad etməyə tam haqqı çatır.

“Makronun son bəyanatları adamda ikrah hissi doğurur. Bir tərəfdən atəşkəsə çağırış edib, digər tərəfdən Azərbaycanı öz ərazisinə hücum etməkdə ittiham edəsən?! Fransa bu gün ATƏT-in Minsk qrupunun həmsədri kimi öz etimadını itirib. Azərbaycan diplomatiyası qətiyyətli addım atmalıdır. Fransa səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılmalıdır. Eyni zamanda, digər həmsədrlərə də öz mövqeyimiz göstərilməlidir. Bu cür bəyanatlar qətiyyən Azərbaycanda ruh düşkünlüyü yaratmır, əksinə ruh yüksəkliyinə səbəb olur. Ordumuz qələbə çalacaq”, - deyə o vurğulayıb.

Deputat Siyavuş Novruzov deyib ki, bu gün Azərbaycanın həmrəyliyi, xalqın Prezidentin ətrafında birləşməsi ölkəni gözü götürməyən dövlətləri narahat edir.

O qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinə ehtiyac qalmayacaq:

“Bu istiqamətdə də iş gedir. Digər tərəfdən, hər gün Rusiyanın dövlət kanallarında ermənipərəst qüvvələr və ermənilər antiazərbaycan mövqeyindən çıxış edir. Bununla bağlı iş görülməlidir.

Rusiyada yaşayan azərbaycanlılara müraciət edirəm ki, gedib o televiziya kanallarına müraciət edin, söz alın, çıxış edin. Hər şeyi Prezidentin üstünə atmaq olmaz. Hətta Şahnazaryan o gün çıxışında dedi ki, mən Prezident İlham Əliyevin güclü çıxışının qarşısında Paşinyanın erməni xalqını gülünc vəziyyətə qoymasına əsəbiləşirəm. Həqiqətən də Rusiyada yaşayan azərbaycanlılar aktiv olmalı, ekranlara çıxmalıdırlar”.скачать dle 11.3
Mojo.az Banner