“Azercell” Silahlı Qüvvələrə Yardım Fonduna bir milyon manat köçürdü » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Azərbaycanda istifadəçilərin internetdən hansı məqsədlərlə yararlandığı açıqlandı  |     22:55 Bakıda tozlu hava - Təhlükə haradan gəlir?  |     22:48 “Mercedes” G sinfindən olan kabrioletin istehsalına yenidən başlayacaq  |     22:43 Məşhur kriptovalyuta platforması qızıla sərmayə qoymaq istəyir  |     22:36 Marqarin istehsalı azalıb  |     22:30 "Facebook" bu funksiyanı geri gətirir  |     22:22 Qızılbalıq kürüsünün qiyməti kəskin bahalaşdı  |     22:17 Kardioloq sağlam yağların hansı qidalarda olduğunu açıqladı  |     22:09 Universitetlər subbakalavrları niyə istəmir?  |     22:04 Azərbaycan ərazisində radioloji vəziyyət necədir?  |     21:58 Xalq artisti Türkiyədəki villasını niyə satıb?  |     21:51 "Dırnaq ustalarının tibbdən anlayışı yoxdur" - Professor  |     21:46 Gediş haqqı məsafəyə görə ödəniləcək?  |     21:39 43 yaşında 9-cu sinif məzunu oldu - Şəhlanın uğur hekayəsi  |     21:33 6 ay ömür qoydular, 25 ildir xərçənglə yaşayır - Bu necə mümkün olub?  |     21:28 ABŞ-də Müdafiə Nazirliyi yaradıldı  |     21:20 Zaqatala sakini Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU (FOTO)  |     21:14 Əfqanıstanda zəlzələdə sağ qalanların axtarışları başa çatıb  |     20:50 Problemləri bitməyən 4 hibrid avtomobil - Ekspertlər açıqladı  |     20:45 Tiktokda "Xakker Tamerlan" adı ilə tanınan yayımçı həbs edilib  |    

“Azercell” Silahlı Qüvvələrə Yardım Fonduna bir milyon manat köçürdü

Bu həlledici günlərdə Azercell də ön cəbhəyə dəstək olur.

Şirkət Silahlı Qüvvələrə Yardım Fonduna bir milyon manat həcmində vəsait köçürüb.

Sentyabr ayının 27-dən etibarən Milli Ordu hissələrimiz 30 ildən artıq hər bir Azərbaycanlının sağalmaz yarasına çevrilmiş Qarabağ münaqişəsinin ön cəbhələrinə qəhrəmancasına atılaraq düşmən mövqelərini məhv edir.Ordumuz bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayaraq, bir sıra strateji nöqtələrdə həlledici uğurlar qazanmışdır.

Ölkəmizin tarixində və taleyində həlledici olan bu döyüş günlərində ölkənin lider mobil operatoru Azercell Telekom da Milli Ordumuza öz dəstəyini əsirgəmir. Şirkət tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna bir milyon manat həcmində vəsait köçürüb.

Vətənimizə və ordumuza həmrəylik ifadəsi olaraq Azercell Telekom-un baş qərargahı Tibilisi prospektində yerləşən Azercell Plazanın üzərində üçrəngli bayrağımız asılmışdır. Eyni zamanda, şirkət tərəfindən bütün əməkdaşlara avtomobil üzərinə quraşdırılan Azərbaycan bayraqları da paylanılıb.

Azercell həyata keçirdiyi təşəbbüslərlə ordumuzun, xalqımızın və dövlətimizin yanında olduğuni ifadə edir. Şirkət bundan sonra da bu istiqamətdəki səylərini davam etdirəcək, vətənimizin bütövlüyü uğrunda ön və arxa cəbhədə mübarizə aparan bütün soydaşlarımıza yardım göstərəcəkdir.
Qarabağ Azərbaycandır!

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 119 01.10.20 21:04