“Azərpoçt”un əməkdaşının məhkəməsi başlayır
“Report” xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun icraatında araşdırılacaq.
İttihama görə, S.Ələkbərova işlədiyi poçt şöbəsində külli miqdarda mənimsəməyə yol verib.
Ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.