Mojo.az Banner
19:04 32 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib  |     18:38 Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı  |     18:22 Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi  |     18:22 Sadır Japarov Azərbaycana səfərə gəlib  |     18:20 Əməkdar jurnalist vəfat etdi  |     18:19 Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb  |     18:11 İranpərəst qruplaşma Azərbaycana hücumu etiraf etdi  |     18:07 Gəncədə 26 yaşlı kişini küçədə bıçaqladılar  |     18:06 İsrail prezidenti Azərbaycana səfərə gəldi - Foto  |     18:04 Şahin Şıxlinskinin Yekaterinburqda rəhbərlik etdiyi təşkilat ləğv edildi  |     17:53 Şavkat Mirziyoyev Bakıya yola düşüb  |     17:29 Saleh Səmədovun mənimsədiyi 200 min manatı oğlu qaytardı  |     17:28 İstanbuldan Bakıya minlərlə dərmanı qanunsuz gətirmək istədi  |     17:24 Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş - Rüşvətin məbləği bilindi  |     17:05 Bakıda yəhudi şagirdlər də məktəbə vahid formada gedirlər - Video  |     17:04 Hakan Fidan Bakıya gəlir  |     17:03 Əli Əsədov Laos prezidenti ilə görüşüb - Foto  |     17:01 Rəsmi Bakıdan Parisin əsassız iddialarına cavab  |     17:00 Azyaşlıya işgəncə verən falçının məhkəməsi: "Hər dəfə uşaq deyirdi ki, pişik cırmaqlayıb"  |     16:51 Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda taksi sürücüsü sərnişinə bıçaqla hücum etdi

24.09.2020 15:43 1 714
Bakıda taksi sürücüsü sərnişinə bıçaqla hücum etdi
Bakının Binəqədi Rayon 43-cü Polis Bölməsinin əməliyyatçıları ötən şənbə günü quldurluq edən paytaxt sakininin kimliyini müəyyənləşdiriblər.

Bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından bildirilib.

Məlum olub ki, Binəqədi qəsəbəsində 19 sentyabr saat 19:15 radələrində 1977-ci il təvəllüdlü Elşən Ələkbərov “Tofaş” markalı taksiyə minib. Avtomobildə sürücü onun boğazına bıçaq dayayaraq, bütün qiymətli əşyalarını verməsini tələb edib. O, sərnişinin 300 manat dəyərində cib telefonu, pulları, bank kartları və paltarı olan çantasını götürüb.

Həmin şəxsin əvvəllər quldurluq və qanunsuz narkotik maddə saxlama ittihamı ilə məhkum olunmuş, 1984-cü il təvəllüdlü İlqar Rəhimov olduğu müəyyən edilib. Hazırda polis əməkdaşları onun tutulması istiqamətində tədbirlər həyata keçirirlər.

Qeyd edək ki, ayın əvvəlindən bəri paytaxtda dörd quldurluq hadisəsi törədilib, onlardan üçünün üstü açılıb.скачать dle 11.3
Mojo.az Banner