Mingəçevirdəki dekorativ bitki hər kəsdə maraq doğurur - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Velosiped sürmək demensiya riskini azaltmağa kömək edə bilər  |     22:56 Yüz yaşlı avtomobili sintetik yanacaqla işlətdilər  |     22:50 Bu institut “Toyota” aldı – 200 minə yaxın pul ödədi  |     22:44 Marketlərdə bu pulların qəbulu DAYANDIRILDI  |     22:38 Ərdoğan və Şahbaz Şərif İsrail-İran gərginliyini müzakirə ediblər  |     22:33 Avtobus zolaqlarının statusu dəyişir? - Tıxaclara təsiri  |     22:26 Kreditlə telefon ala bilmədi, araq içib "İrşad" mağazasını qarət etdi  |     22:19 İcra başçısının qalmaqallı nümayəndəsi həbs edilib (SƏBƏB)  |     22:14 Qorxunc araşdırma: Ətirlər sağlamlığımız üçün zərərli ola bilərmi?  |     22:06 İnsanlar hansı yaşda valideynlərinə oxşamağa başlayır?  |     22:00 Stiv Cobsun xoşbəxtlik və uğur üçün əsas tövsiyəsi - Alimlər onunla razıdır  |     21:55 241 nəfərin öldüyü qəza ilə bağlı iddia: Köməkçi pilot səhvən yanlış qolu qaldırıb?  |     21:48 Vahid pasport sistemi yaradıldı  |     21:40 Maliyyə Nazirliyində yeni təyinat  |     21:35 Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır? - FOTO  |     21:26 Bu məhsullar bahalaşacaq - SİYAHI  |     21:20 Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu  |     21:13 Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər  |     21:05 "Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır  |     20:57 Bakıda dəhşətli qəza: Piyada avtobusun altında qaldı - ANBAAN GÖRÜNTÜLƏR  |    

Mingəçevirdəki dekorativ bitki hər kəsdə maraq doğurur - VİDEO

Parkda əkilən dekorativ bitki maraqlı meyvəsi ilə Mingəçevir sakinlərini xeyli təəccübləndirib.

Baku Tv xəbər verir ki, ağacın gətirdiyi bar, COVID-19-un molekuluna bənzəyir. Qırmızı sulu meyvəsi olan dekorativ bitki, təxminən beş il öncə Mingəçevirin 20 yanvar küçəsində “Güllü bağ” deyilən ərazidəki parkda əkilib.


Yerli sakinlər bildirirlər ki, həmin ağac bu il ilk dəfə olaraq koronavirusun molekul fotosuna bənzər meyvə verib. Bəzi mingəçevirlilər onu görüb təəccüblənsə də, maraq göstərib fotosunu çəkənlər də az olmayıb. Parka gələnlər bitkinin araşdırılmasında maraqlıdırlar.

Mingəçevir şəhər Yaşıllaşdırma Sanitar Təmizlik İdarəsinin baş mütəxəssisi Bayram Tağıyev də, son günlər bu bitkinin şəhərdə həm yerli sakinlər, həm də digər bölgələrdən gələnlər üçün maraqlı olduğunu bildirib. O, həmçinin beşillik ağacın ilk dəfə meyvə verdiyini və pandemiya dövründə insanların diqqətini çəkdiyini vurğulayıb.

“Nur şəhəri”nin sakinlərinin marağına səbəb olan əslində isə heç də koronavirus qədər təhlükəli olmayan bitkinin vətəni virusun ilk yayıldığı ölkə olan Çin və Yaponiya hesab edilir.

Bioloq Rafiq Qasımov Kağız ağacının əslində yararlı bitki olduğunu, onun meyvəsindən və liflərindən kağız və rəng alındığını bildirib.

Qeyd edək ki, hündürlüyü 12 metrə çatan, sıx çətirli ağac və ya kol bitkisi may ayında çiçəkləyib sentyabrda meyvə verir.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 290 21.09.20 11:59