Xəstəxana ərazisi antisanitariya mənbəyinə çevrilib - ŞİKAYƏT » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:06 Telefonda icra başçısını təhqir etdi - CƏRİMƏLƏNDİ  |     23:00 Avropada “Tesla”nın satışları xeyli azaldı  |     22:53 Şəmkirdə evdən meyit tapıldı  |     22:46 Taksilərin hava limanına girişi qadağan olunacaq?  |     22:41 Azərbaycanda hər ailənin neçə avtomobili var? - Rayonlar üzrə tam siyahı  |     22:32 Alimlər gənclərdə ani ürək dayanmasının 6 əlamətini açıqladı  |     22:27 Azərbaycanda evdə zorakılığa məruz qalan kişilərin sayı açıqlandı  |     22:20 Veteranlara verilən müavinət artırılacaq? - Sabiq deputatdan açıqlama  |     22:14 Planetin ən təhlükəli dağları açıqlandı  |     22:03 Azərbaycan bu ölkədə səfirlik açır  |     21:58 Dünyanın ən çox oğurlanan kitabı - Ginness Rekordlar Kitabı  |     21:49 Hər bir insanın ildə bir dəfə verməli olduğu analizlər  |     21:42 Məkrli təhlükə: Ət yeyən bakteriya can alır, yoluxma halları artır  |     21:34 Bu küçə və prospektlər İŞIQLANDIRILACAQ  |     21:27 Ermənistanda 44 günlük müharibəni araşdıran komissiya işini başa çatdırıb  |     21:24 Putin Azərbaycanla münasibətlərin normallaşdırılmasına möhtac olduqlarını etiraf etdi - Video  |     21:16 Xalasının döydüyü 14 yaşlı yeniyetmə ilə bağlı SENSASİON İDDİA  |     21:04 Putin: Rusiya Ukraynanın Aİ-yə deyil, NATO-ya üzvlüyünə qarşıdır  |     20:58 "Çelsi" öz yetirməsi ilə müqavilə bağlayaraq Erediviziya klubuna icarəyə verib  |     20:51 Azərbaycanda avqustda dövlət qurumlarını hədəfləyən iki saxta domen bloklanıb  |    

Xəstəxana ərazisi antisanitariya mənbəyinə çevrilib - ŞİKAYƏT

Yevlax sakinləri həyəcan təbili çalırlar - mərkəzi regional xəstəxananın ətrafı istifadə edilmiş damcısalanlar, şprislər, dərman paketləri və başqa tullantılarla doludur.

Yerli sakin Ceyhun Məmmədov “Sputnik.az”-a bildirib ki, vəziyyət təkcə pandemiya təhlükəsi ilə bağlı yox, həm də ona görə acınacaqlıdır ki, xəstəxananın yaxınlığında uşaq bağçası yerləşir.

“Bu, xüsusilə bizim uşaqlarımız üçün çox təhlükəlidir. Oraya atılan bütün tullantılar yoluxucu xəstəliklərin mənbəyi ola bilər, eyni zamanda nəzərə almaq lazımdır ki, istifadə edilmiş bu tibbi avadanlıqların üzərində xəstə insanların qanı var”, - deyə şikayət edən şəxs bildirib.

Xəstəxanadan məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.

Rayonun Kommunal Təsərrüfatı İdarəsindən isə şikayətə cavab verilib.

İdarənin xidmət direktoru Nazim Səlimov bildirib ki, bu acınacaqlı duruma səbəb xəstəxananın artıq beşinci aydır ki, zibil yığımı üçün ödənilməli olan pulu verməkdən imtina etməsidir.

“Son yarım ay ərzində bizimlə müqaviləni yeniləmək istəmədiklərini görüb onlara xidmət göstərməyi dayandırdıq”, - deyə N.Səlimov söyləyib.

İdarənin xidmət direktoru vurğulayıb ki, əgər xəstəxana onlarla müqavilə imzalayarsa ərazidə olan zibil dərhal yığışdırılacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 349 19.09.20 14:16