Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Ekspert tarix dərsliyindəki qalmaqallı “Arsak” sözünə aydınlıq gətirib: “Ermənilərə aidiyyəti yoxdur”

16.09.2020 17:50 2 946
Ekspert tarix dərsliyindəki qalmaqallı “Arsak” sözünə aydınlıq gətirib: “Ermənilərə aidiyyəti yoxdur”
7-ci sinif Azərbaycan Tarixi dərsliyində qeyd edilən “Arsak” adının Ermənistanla heç bir əlaqəsi yoxdur.

Bu sözləri Oxu.Az-a açıqlamasında təhsil eksperti Elvin Bədirov deyib. O bildirib ki, “Arsak” sözü qədim türk sözüdür:

“Qarabağın tarixi adı uzun müddət hər yerdə Arsak olaraq keçib. Diqqətinizə çatdırıram “Artsax” deyil, “Arsak” olaraq. Ümumiyyətlə “Artsax” erməniləşdirilmiş bir formadır və erməni dilində belə heç bir məna ifadə etmir. Bu gün ermənilərin iddia etdiyi Arsak vilayətinin ermənilərə heç bir aidiyyəti yoxdur. Tarixən adlandırılan Arsak “igid saklar” demək olub.

Bölgənin Kür-Araz aralığındakı hissəsində eradan əvvəl 7-ci əsrdən etibarən kimmer, skit, sak tayfaları gəlib məskunlaşanda bu bölgələrdə böyük Sak padşahlığı meydana gəlib. Həmin Arsak vilayətinin də adı bu Sak tayfalarının adından götürülüb”.

Ekspert qeyd edir ki, Arsak vilayətinin Qarabağ adlandırılmasından sonra ermənilər bu sözü erməniləşdirərək “Artsax” şəklində istifadə etməyə başlayıblar:

“Onlar bunu bu şəkildə dünyaya təqdim etməyə çalışırlar. Lakin, tarixi mənbələrdə bunun yanlış olduğuna dair məlumatlara rast gəlirik. Çünki, bizim eramızdan əvvəlki dövrdə, eləcə də bizim eramızın ilk əsrlərində indiki Qarabağ ərazisi Arsak adlandırılıb. Qədim Yunan, Roma müəlliflərinin əsərlərində də bu faktlar öz əksini tapıb. Artıq Səlcuqların Azərbaycana gəlişindən sonrakı dövrdə Arsak dəyişdirilərək Qarabağ adlandırılıb. Ümumilikdə, orta əsrlərin ikinci dövründən etibarən biz bu torpaqları Arsak deyil Qarabağ kimi adalndırmışıq”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdə 7-ci sinif Azərbaycan Tarixi kitabında Qarabağ torpaqlarının olduğu ərazinin Arsak kimi qeyd olunması ciddi müzakirələrə səbəb olub.скачать dle 11.3
Mojo.az Banner