Kürdəmirdə qadını öldürüb yandıran şəxsin kimliyi müəyyənləşdi - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:06 İsrailin İrana zərbəsindən sonra AZAL daha bir neçə reysi ləğv etdi  |     16:01 13-cü mərtəbədəki balkondan qonşu evinə girib 20 minlik qızıl oğurladı  |     14:53 Yarım milyardlıq leqallaşdırma işi: "WhatsApp" yazışmaları məhkəmədə üzə çıxdı  |     14:51 Yol polisi istifadəyə yararsız 600 kq toyuq əti aşkarlayıb - VİDEO  |     14:27 AJet 3 ölkəyə uçuşları ləğv etdi  |     14:18 Ermənistanın keçmiş baş naziri SAXLANILDI  |     13:39 İşğaldan azad olunmuş ərazilərdə milli park yaradılır  |     13:23 Yer kürəsində maqnit qasırğası başlayıb  |     13:15 Türkiyədə zəlzələ oldu  |     12:42 Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir  |     12:25 Gömrük borcunun ödənilməsi qaydalarına dəyişiklik edilir  |     11:58 İsrailin baş naziri və prezidentinin təyyarəsi Təl-Əvivdən havaya qalxıb  |     23:01 ABŞ Prezidenti: Yaxın Şərqdə böyük münaqişə təhlükəsi yaranıb  |     22:54 Rusiya ordusunda pilotsuz sistemli qoşunlar yaradılır  |     22:49 Azərbaycan ayaqqabı ixrac etməyə başlayıb - VİDEO  |     22:41 Bu küçədə qadağanedici nişan yoxdur, amma sürücülər cərimələnir (VİDEO)  |     22:34 Avtobus zolaqlarına giriş-çıxışa icazə verilir (VİDEO)  |     22:20 Qarabağda Ermənistan istehsalı minalar basdırılıb - Etiraf  |     21:59 Elvin Hüseynov ölkəni tərk edibmiş - RƏSMİ  |     21:46 Attestata görə pul yığan sinif rəhbərinə xəbərdarlıq edildi  |    

Kürdəmirdə qadını öldürüb yandıran şəxsin kimliyi müəyyənləşdi - RƏSMİ

Kürdəmir şəhəri sakini, 1966-cı il təvəllüdlü Rəhimova Bəyim Əlirza qızının 29.11.2018-ci il tarixdə yaşadığı evdə yanmış vəziyyətdə meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq olunan cinayət işinin açılması təmin edilib.

Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

İki il əvvəl törədilmiş hadisə ilə bağlı Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birlikdə kompleks plan tərtib edib.

Peşəkar prokurorluq, polis və dövlət təhlükəsizliyi xidmətinin əməkdaşlarından ibarət olan istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə 1979-cu il təvəllüdlü Nuriyev Zahid Məhəddin oğlunun 28 noyabr 2018-ci il tarixdə yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə gecə saatlarında hasardan qonşuluqda yerləşən Bəyim Rəhimovanın yaşadığı evin həyətinə keçərək, oradan da mənzilə daxil olub sonuncunun evdə tək olmaqla və gecə saatları olduğu üçün ətrafda heç kimin olmamasından istifadə etməklə tamah motivi ilə istintaqa məlum olmayan alətlə bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq (meyit sonradan tam yandırıldığı üçün bunu müəyyən etmək mümkün olmamışdır) qəsdən öldürdükdən sonra ona məxsus mobil telefonu və bir cüt 915 əyyarlı gümüş sırğanı götürüb, törətmiş olduğu cinayətləri ört-basdır etmək məqsədilə Bəyim Rəhimovanın meyitini yataq otağında çarpayının üzərinə uzadıb özü ilə gətirdiyi tez alışan neft məhsulunu meyitin üzərinə tökərək yandırmasına əsaslı şübhələr müəyyən edilib.

İstintaq zamanı Zahid Nuriyevin mağazada satdığı mərhumun mobil telefonu, o cümlədən anasının yataq otağında gizlətdiyi mərhuma məxsus bir cüt sırğa aşkar edilərək götürülüb, həmçinin iş üzrə təyin olunmuş məhkəmə-fiziki kimyəvi ekspertizasının rəyi ilə Zahid Nuriyevin paltarları üzərində tezalışan neft məhsulları izlərinin olması müəyyən edilib.

Cinayət işi üzrə kompleks məhkəmə-fiziki kimyəvi, tibbi kriminalistik, daktiloskopik, tibbi bioloji, əmtəəşünaslıq, kompüter-texniki və digər zəruri ekspertizalar təyin olunub, o cümlədən müvafiq əməliyyat tapşırıqlarının həyata keçirilməsi ilə bağlı zəruri tapşırıqlar verilib.

Əvvəllər Rusiya Federasiyasında narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz istehsalı, hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və zorlama cinayət əməllərində təqsirli bilinməklə doqquz il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Zahid Nuriyev avqustun 19-da iş üzrə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 090 16.09.20 14:51