Mojo.az — elanlar
Son Xəbərlər
16:27 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     16:18 Prezident Qazaxıstanla imzalanmış sazişi təsdiqlədi  |     15:49 Müğənni Jony nadir xəstəliyə tutulub  |     15:35 Qalmaqallı generalın polkovnik dostuna qarşı 200 minlik ittiham - TTM-də mütəşəkkil korrupsiya  |     15:18 Hindistanla əməkdaşlıq yeni mərhələyə keçir: Azərbaycan nə qazanacaq?  |     15:14 Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu  |     15:09 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat  |     15:08 Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır  |     14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |     14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəkidə tövlə yanıb, yeniyetmə xəsarət alıb

14.09.2020 22:13 1 513
Şəkidə tövlə yanıb, yeniyetmə xəsarət alıb
Şəki rayonunda yanğın baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin Mahmud Əliyev küçəsində Cövdət Qəhrəmanova məxsus evin həyətyanı sahəsindəki ümumi sahəsi 48 kvadratmetr olan mal tövləsində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon yanğından mühafizə hissəsinin üç texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində tövlənin yanar konstruksiyaları və tövlənin çardağına yığılmış 7 ton quru ot kütləsi yanıb. Eyni zamanda bir baş iribuynuzlu heyvanın tüstüdən boğularaq tələf olduğu məlum olub. Ev sahibinin 15 yaşlı oğlu Fuad Qəhrəmanov qorxudan şoka düşüb, həmçinin hər iki ayağının alt hissəsindən yanıq xəsarətləri alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanada F.Qəhrəmanova lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər