Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan yəhudilərinin onlayn xəritəsi hazırlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Avropada “Tesla”nın satışları xeyli azaldı  |     22:53 Şəmkirdə evdən meyit tapıldı  |     22:46 Taksilərin hava limanına girişi qadağan olunacaq?  |     22:41 Azərbaycanda hər ailənin neçə avtomobili var? - Rayonlar üzrə tam siyahı  |     22:32 Alimlər gənclərdə ani ürək dayanmasının 6 əlamətini açıqladı  |     22:27 Azərbaycanda evdə zorakılığa məruz qalan kişilərin sayı açıqlandı  |     22:20 Veteranlara verilən müavinət artırılacaq? - Sabiq deputatdan açıqlama  |     22:14 Planetin ən təhlükəli dağları açıqlandı  |     22:03 Azərbaycan bu ölkədə səfirlik açır  |     21:58 Dünyanın ən çox oğurlanan kitabı - Ginness Rekordlar Kitabı  |     21:49 Hər bir insanın ildə bir dəfə verməli olduğu analizlər  |     21:42 Məkrli təhlükə: Ət yeyən bakteriya can alır, yoluxma halları artır  |     21:34 Bu küçə və prospektlər İŞIQLANDIRILACAQ  |     21:27 Ermənistanda 44 günlük müharibəni araşdıran komissiya işini başa çatdırıb  |     21:24 Putin Azərbaycanla münasibətlərin normallaşdırılmasına möhtac olduqlarını etiraf etdi - Video  |     21:16 Xalasının döydüyü 14 yaşlı yeniyetmə ilə bağlı SENSASİON İDDİA  |     21:04 Putin: Rusiya Ukraynanın Aİ-yə deyil, NATO-ya üzvlüyünə qarşıdır  |     20:58 "Çelsi" öz yetirməsi ilə müqavilə bağlayaraq Erediviziya klubuna icarəyə verib  |     20:51 Azərbaycanda avqustda dövlət qurumlarını hədəfləyən iki saxta domen bloklanıb  |     20:45 UEFA Çempionlar Liqası: "Benfika" - "Qarabağ" matçının biletlərinin qiyməti müəyyənləşib  |    

Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan yəhudilərinin onlayn xəritəsi hazırlandı

“Diarna” virtual platformasının veb saytında Azərbaycandakı yəhudi icmalarının tarixi barədə ətraflı məlumat və onlayn xəritə yerləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 2019-cu ilin yay aylarında “Mooreshet Adventures” turizm şirkətinin qurucusu Arye Şarnberq ölkəmizdəki yəhudilərin tarixini araşdırmaq məqsədilə Azərbaycana səfər edib.

Tədqiqatçı bu araşdırmanı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə ilə Amerika Sefardları Federasiyası və müxtəlif bölgələrdə yəhudilərin tarixi irsini rəqəmsal formatda qoruyub saxlamağa çalışan "Diarna" virtual platforması ilə birgə gerçəkləşdirib. Dörd ay ərzində Arye Şarnberq yəhudi icmaları ilə əlaqələr quraraq, bu xalqın tarixinin və irsinin bir çox maraqlı məqamlarını öyrənməyə nail olub.

Amerika Sefardlar Federasiyası tədqiqatın aparılmasında göstərilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə xüsusi minnətdarlığını bildirib.

Qeyd olunan onlayn xəritəyə baxmaq üçün bu ünvana daxil ola bilərsiniz: https://diarna.org/exhibits/exploring-azerbaijans-jewish-history/.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 168 12.09.20 17:42