Mojo.az — elanlar
Son Xəbərlər
14:32 Qordana Silyanovska-Davkova İlham Əliyevə zəng edib  |     14:22 Məktəblərdə aqressiyanın səbəbi təkcə sosial şəbəkələr deyil – Açıqlama  |     14:10 Xaricdən diri heyvan gətirmək adı ilə milyondan çox pul mənimsənildi  |     13:47 Təhlükəsizlik riski yaranarsa, turistlər nə etməlidir? – Ekspertdən tövsiyə  |     13:43 Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı  |     13:00 Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü  |     12:43 Sabah üç rayon və bir şəhərdə qaz olmayacaq  |     12:27 Qaxda iki dost məktəbli qıza təcavüz etdi - Təfərrüat  |     12:19 Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb  |     12:17 Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı - Foto  |     12:00 Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib  |     11:45 Bakının mərkəzindəki restoranda yanğın - Video  |     11:38 Donuz piyinin şəfa verdiyi doğrudurmu? — Vacib məqamlar  |     11:36 Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb  |     11:34 Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi  |     11:21 Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi başa çatdı - Video  |     11:16 Azərbaycanın bəzi ərazilərinə qar yağıb - Faktiki hava  |     23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Səfirlik Dağıstanda saxlanılan azərbaycanlılarla bağlı açıqlama yaydı

10.09.2020 15:04 3 243
Səfirlik Dağıstanda saxlanılan azərbaycanlılarla bağlı açıqlama yaydı
15 iyun tarixində Azərbaycan-Rusiya sərhədində baş vermiş toqquşma nəticəsində, 23-24 iyul tarixlərində Moskva şəhərindəki məlum iğtişaşlar zamanı saxlanılan həmyerlilərimizlə bağlı Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, cari ilin 15 iyun tarixində Azərbaycan-Rusiya sərhədində baş vermiş toqquşmada 10 nəfər və 23-24 iyul tarixlərində Moskva şəhərindəki iğtişaşlar zamanı 11 nəfər Azərbaycan Respublikasının vətəndaşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Həmvətənlərimizin vəziyyəti ilk gündən səfirlik tərəfindən müşahidə olunub, saxlanılan azərbaycanlılarla görüşlər keçirmək üçün Rusiyanın aidiyyəti qurumları ilə mütəmadi təmaslar qurulub və səfirliyin səlahiyyətləri çərçivəsində lazımi addımlar atılıb.

Səfirliyin müşaviri, konsul Toğrul Sadıqov və konsulluğun üçüncü katibi Müsənnif Dadaşov Moskva şəhər Baş Polis İdarəsinin Cənub-Şərq İnzibati dairəsi üzrə idarəsinin müstəntiqi, ədliyyə leytenantı A.Pavlovla görüşüblər. Söhbət əsnasında o bildirib ki, hazırda istintaq davam edir.

Rusiyanın müvafiq təşkilatlarından razılıq alınandan sonra səfirliyin adları qeyd olunan əməkdaşları Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin Moskva şəhəri üzrə idarəsinin 7 nömrəli İstintaq Təcridxanasında olan Pərviz Həmidov (Rusiya vətəndaşı), Murtuzəli Zahidov və Bəhruz Vəliyevlə görüşüblər. Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin Moskva şəhəri üzrə idarəsinin 1 və 2 nömrəli İstintaq Təcridxanalarında saxlanılan digər səkkiz nəfər vətəndaşımızla da görüşün təşkil edilməsi üçün aidiyyəti üzrə müraciətlər edilib.

2-3 sentyabr 2020-ci il tarixlərində Toğrul Sadıqov və Müsənnif Dadaşov Rusiyanın Dağıstan Respublikasının ərazisində baş vermiş məlum insident nəticəsində saxlanılan Azərbaycan Respublikasının vətəndaşları ilə görüşmək üçün Dərbənd şəhərinə ezam olunublar.

Burada onlar Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Dağıstan Respublikası üzrə idarəsinin 2 nömrəli İstintaq Təcridxanasında saxlanılan yeddi nəfər vətəndaşımız - Əziz Fərəczadə, Rövşən Hüseynov, Elmar Musayev, Emin İmaməliyev, Tural Qiyasov, Nahid Ağayev və Elbrus Əhmədovla görüşüblər. Digər üç nəfər barədə isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Keçirilən bütün görüşlər zamanı vətəndaşlarımız saxlanma şəraitlərinin qənaətbəxş olduğunu, ayrı-seçkiliklə üzləşmədiklərini, təcridxana rəhbərliyi və ya istintaq orqanı tərəfindən təzyiqlərə məruz qalmadıqlarını, vəkilləri ilə mütəmadi görüşə bildiklərini və sağlamlıqları ilə bağlı şikayətlərinin olmadığını diqqətə çatdırıblar.

Səfirliyin əməkdaşları tərəfindən məsələnin diqqət mərkəzində olduğu, lazımi hüquqi yardımla təmin olunacağı və hazırda bu istiqamətdə müvafiq işlərin davam etdirildiyi barədə həmyerlilərimizə məlumat verilib.

Sonra Toğrul Sadıqov və Müsənnif Dadaşov Məhərrəmkənd rayonunun icra başçısı Fərid Əhmədovla görüş keçiriblər. Onlar Dərbəndlə sərhəddəki Qullar ərazisində salınmış çadır şəhərciyinə gedərək buradakı şəraitlə tanış olublar.

Fərid Əhmədov çadır şəhərciyində yerləşən və Qullar kəndi ərazisində evlərdə yaşayan vətəndaşlarımızın sayı, onların vəziyyəti haqqında ətraflı məlumat verib.

Bu ağır dönəmdə sərhəddəki həmvətənlərimizə göstərdikləri yardım və dəstəyə görə Fərid Əhmədova və Dağıstan hökumətinə dərin minnətdarlıq bildirilib.

Son xəbərlər