Bakıda saxta içki bəlası: Üç nəfərin ölümünə səbəb olan şəxslər hakim qarşısında » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:00 Azərbaycanda kirayə mənzillərin qiyməti bahalaşır  |     20:54 Hüseyn Həsənovun Rusiyadakı sonuncu biznesi ləğv edildi  |     20:46 Xaçmazda restoranda qanunsuz saxlanılan heyvanlar xilas edilib  |     20:39 Dövlət Xidməti "Telegram" hücumlarını araşdırır  |     20:33 İtaliyalı modelyer Corcio Armani vəfat edib  |     20:27 Bu ilin səkkiz ayında Qazaxın 122 ha ərazisi minalardan təmizlənib  |     20:20 Azərbaycan boksçusu dünya çempinatına qələbə ilə başlayıb  |     20:15 Azərbaycan Türkiyənin COP31-ə ev sahibliyi namizədliyini alqışlayır  |     20:08 Azərbaycan XİN funikulyor qəzası nəticəsində çoxsaylı insan ölümü ilə bağlı Portuqaliyaya başsağlığı verib  |     20:02 Vilayət Eyvazov Naftalanda vətəndaşları qəbul edib  |     19:57 Azərbaycanın un ehtiyatlarının həcmi açıqlanıb  |     19:50 Xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı fondlarının ötənilki gəlirləri və xərcləri açıqlanıb  |     19:45 Aİ-nin AŞ-dəki nümayəndə heyəti: Azərbaycan və Ermənistanın sülh sazişini imzalaması və ratifikasiya etməsi vacibdir  |     19:36 Bakıda marketdən lotereya biletləri oğurlanıb  |     19:28 Portuqaliyada matəm elan edilib  |     19:23 "Şahdəniz Kompressiya" layihəsi üçün əsas tikinti müqaviləsi imzalanıb  |     19:16 "Mançester Yunayted" qapçısını satmağa hazırdır  |     19:10 Ermənistanın ABŞ-yə yeni təyin olunmuş səfirinin qardaşı saxlanılıb  |     19:01 "Kəpəz" İdarə Heyətinin üzvü ilə yollarını ayırıb  |     18:56 Nazir: "Rusiya nümayəndə heyəti MDB Oyunları ilə əlaqədar Azərbaycana səfər edəcək"  |    

Bakıda saxta içki bəlası: Üç nəfərin ölümünə səbəb olan şəxslər hakim qarşısında

Bakı şəhər sakinləri Sərxan Bayramovun, Mustafa Mustafayevin, Yusif Hüseynovun ayrı-ayrı vaxtlarda spirtli içkilərin təsirindən zəhərlənərək tibb müəssisələrində vəfat etmələri faktları ilə bağlı cinayət işi başlanmaqla iş üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Cinayət işi üzrə qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələrinin təmin olunması məqsədilə peşəkar prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb, o cümlədən təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

İstintaqla hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Səlim Seyidovun icarəyə götürdüyü paytaxtın Nizami rayonu ərazisində yerləşən “Siqaretlər” adlı marketdə əhaliyə ərzaq məhsullarının pərakəndə satışını həyata keçirərkən müvafiq qaydada dövlət qeydiyyatına alınmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vüsal Müseyibzadə və istintaqla müəyyənləşdirilməsi davam etdirilən digər şəxslərlə cinayət əlaqəsinə girib əlbir olmaqla əhaliyə göstərilən xidmət sahəsi üzrə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək daha çox qazanc əldə etmək məqsədilə daha az maya dəyərinə malik, istehlak üçün yararsız, eyni markalı əsil içkilərlə müqayisədə bazar dəyərindən dəfələrlə ucuz və pis keyfiyyətli saxta spirtli içkiləri alıb orijinal məhsul kimi baha qiymətə satışını təşkil etməklə istehlakçı fiziki şəxslərin, o cümlədən Mustafa Mustafayev və Yusif Hüseynovun təhlükəsiz yaşamaq hüquqlarına və qanuni mənafelərinə, cəmiyyətin və dövlətin ölkədə əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi, qida təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyinin daha da artırılması sahəsində qanunlarla və normativ hüquqi aktlarla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmalarına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə Səlim Seyidov Cinayət Məcəlləsinin 200.4-cü (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri, Vüsal Müseyibzadə Cinayət Məcəlləsinin 200.4 və 32.5, 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işindən həbsdə olan təqsirləndirilən şəxslər Səlim Seyidovun və Vüsal Müseyibzadənin təqsirləndirilmələrinə dair cinayət işi ayrılaraq ibtidai istintaq yekunlaşdırılıb. Avqustun 31-də cinayət işi aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 278 08.09.20 17:39