Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Həbs edilən məmurun yerinə gətirilmişdi, rüşvətə görə tutuldu

07.09.2020 16:11 2 581
Həbs edilən məmurun yerinə gətirilmişdi, rüşvətə görə tutuldu
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bir neçə gün öncə keçirilən əməliyyat nəticəsində daha bir vəzifəli şəxs rüşvət almağa görə həbs edilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 5 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının (Binəqədi) sədri Məmmədov Katib Rəsul oğlu rüşvət alarkən saxlanılıb.

K.Məmmədov Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən rüşvət alma) maddəsi ilə təqsirləndirilib. İstintaqın təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin hakimi Elçin Ağayevin qərarı ilə K.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

O, istintaq təcridxanasına göndərilib. İstintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, 5 nömrəli TSEK-in keçmiş sədri Fəsad Mustafayev də 2015-ci ildə rüşvət alarkən həbs edilib.

Xatırladaq ki, 5 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasındakı əməliyyat üç gün öncə keçirilmişdi.

Son xəbərlər