Sumqayıtda itkin düşən uşağın meyiti tapıldı - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:23 FHN-in "kapitan Əliyev"i həbs edildi  |     15:12 "Təfəkkür" Universitetinin binası məhkəməyə verildi  |     14:55 Xankəndidə müğənni narkotikə görə həbs edildi  |     14:54 "ChatGPT"nin işində nasazlıq yarandı  |     14:53 Yekaterinburqdakı diasporun yeni "sədri"nin Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur  |     14:11 Sumqayıtda həkim qadının evi qarət edildi: 25 min manat oğurlandı  |     14:06 Moskvaya gedən bir qrup azərbaycanlı "Domodedovo"dan geri qaytarılır - Video  |     14:05 İslandiya - Azərbaycan oyununun hakimləri açıqlandı  |     13:46 "Su-25" təyyarəsinin yaradıcısı vəfat etdi  |     13:25 Azyaşlını qovan uşaq bağçasının müdiri işdən azad edildi - Video  |     13:12 ABŞ səfirliyinə qarşı yarım milyon manatlıq dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb  |     12:34 Boşandığı arvadı ilə barışmaq istəyən kişi ikinci həyat yoldaşının barmağını qırdı  |     12:28 Azərbaycan neftinin qiyməti 71 dolları ötüb  |     12:14 Məşhur rusiyalı müğənni Mixail Şufutinski Ukraynanın "Mirotvorets" məlumat bazasına daxil edildi  |     12:06 Qazax və Tovuzda qəbiristanlıqları yandıranlar saxlanıldılar  |     11:56 Rusiyada altı bal gücündə zəlzələ olub  |     11:46 Şərurlu İsfəndiyar: "Hamının fikrinə hörmətlə yanaşıram, həyatda hər şey ola bilər"  |     11:43 Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ - Video  |     11:41 Ailədaxili mübahisə faciəyə çevrildi – Ərinə 9 bıçaq zərbəsi vuran qadın HƏBS EDİLDİ  |     11:36 Atası ilə birlikdə qəzaya düşən oğul xəstəxanada öldü  |    

Sumqayıtda itkin düşən uşağın meyiti tapıldı - YENİLƏNİB

Sumqayıtda üç gün əvvəl itkin düşən 10 yaşlı uşağın meyiti tapılıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva məlumat verib.

O qeyd edib ki, 2010-cu il təvəllüdlü Yusif Davudzadənin meyiti Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Ceyranbatan Su Anbarında tapılıb.

* * * * *

Samur-Abşeron kanalında 10 yaşlı uşaq batıb.

Bu barədə “Report”a onun dayısı Tural Cavadlı bildirib.

O qeyd edib ki, bacısı oğlu, 2010-cu il təvəllüdlü Yusif Davudzadə üç gün əvvəl təxminən saat 18 radələrində Samur-Abşeron kanalının “Stansiya Sumqayıt” ərazisindən keçən hissədə suya düşüb:

“Həmin vaxt Yusif əmisi uşaqları ilə kanalın kənarında oynayırdı. Bu vaxt Yusif ayağını suya salıb-çıxarmaq istəyib. Bu zaman ayağı sürüşüb, kanala düşərək boğulub. Bizə Yusifin boğulması barədə yanında olan uşaqlar deyib, onlar da prokurorluq əməkdaşları tərəfindən dindiriliblər. Sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib axtarışa başladı.

Onlar guya üç gündür Yusifi axtarır. Lakin axtarışlar heç bir nəticə vermir, bu da bizi qane etmir, nəticə əldə olunmasını istəyirik. Deyirlər ki, axtarış aparılır, lakin bu barədə heç bir sübut yoxdur. Onlar bizə suyun altından video və fotolar təqdim etmirlər. Biz bu axtarışlara inanmırıq.

Hazırda bizi Ceyranbatan su anbarına buraxmırlar, orada kiçik bir aksiya keçiririk. Uşağımızın tapılmasını tələb edirik. Fövqəladə Hallar Nazirliyinin rəhbərliyindən xahiş edirik ki, bizim balamızın tapılması üçün ciddi axtarış aparılısın”.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva “Report”a bildirib ki, sentyabrın 2-də nazirliyin “112” qaynar xəttinə Yusif Bəhlul oğlu Davudzadənin itkin düşməsi barədə məlumat daxil olub:

“Məlumatda hadisənin “Stansiya Sumqayıt” ərazisində qeydə alındığı bildirilib. İlkin olaraq uşağın kanala düşməsi, su hövzəsi ilə bağlı bizə məlumat verilməyib. Həmin məlumatı aldıqdan sonra nazirlik dərhal həmin məlumatı aidiyyəti qurumlara ötürüb və axtarışlara başlanılıb. Axtarışlara nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Kinoloji Xidməti də cəlb edilib. Daha sonra araşdırma nəticəsində Yusifin yanında olan digər uşaq bildirib ki, Yusif həmin ərazidəki təxminən 2 metr dərinliyi olan gölməçəyə düşərək boğulub. Dərhal əraziyə nazirliyin xilasediciləri yönəldilib. Gecə suda xilasetmə işləri aparılıb və heç bir nəticə əldə olunmayıb. Sonra Yusifin yanında olan uşaq təkrar dindirilib. O deyib ki, “Yusif həmin gölməçədə deyil, Samur-Abşeron kanalına düşüb boğulub və mən də qorxub qaçmışam”. Həmin uşağın əvvəl dediyi gölməçə ilə Samur-Abşeron kanalı arasında təxminən 3 kilometr məsafə var.

Samur-Abşeron kanalında da çox sürətli su axını var. Kanalda axtarışlara başlanılması üçün tərəfimizdən aidiyyəti qurumlara müraciət olunub. Çünki kanalda su kollektoru bağlanmalıdır. Fəslə görə də bunun bağlanması problemli olduğu üçün hələ də su kollektoru bağlanmayıb. Hazırda sürətli su axınında xilasediciləri kanala salıb, axtarış aparmaq mümkün deyil. Bir daha vurğulayıram ki, bütün bu axtarış işləri ehtimallar üzərindən aparılır. Çünki Yusifin yanında olan uşağın ilkin olaraq dediyi yerdə axtarış aparılıb. Uşağın dəqiq harada batdığı məlum deyil”.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 515 05.09.20 22:06