Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda dostları ilə yeyib-içən ata beş yaşlı oğlunu çimərlikdə unutdu - VİDEO

31.08.2020 13:29 1 710
Bakıda dostları ilə yeyib-içən ata beş yaşlı oğlunu çimərlikdə unutdu - VİDEO
Dünən Novxanı çimərliyində beş yaşlı uşaq atası tərəfindən unudulub.

Hadisə barədə xəbəri televiziya aparıcısı Firəngiz (Fira) Cəlilova sosial media hesabında paylaşıb.

Aparıcı bildirib ki, övladları ilə çimərlikdə vaxt keçirdiyi zaman azyaşlı oğlanın həyacanla dənizin kənarı ilə qaçdığını görüb:

“Əlində pivə butulkası ilə sahilboyu qaçan balaca oğlan uşağı diqqətimi cəlb etdi. Uşaq ağlaya-ağlaya gah dənizə girir, gah da sağa-sola baxıb, kimisə axtarırdı. Yaxınlaşıb kimi axtardığını soruşmaq istədim, körpə qorxub dənizə girdi. Düzü, özüm də qorxdum. Ona tərəf getsəydim, uşaq daha dərinə gedib, bata bilərdi. Böyük oğlum Nicatdan ona yaxınlaşıb oynamağı, kimi axtardığını öyrənməsini xahiş etdim. 10-15 dəqiqədən sonra uşaqla dil tapa bildik.

Uşaqdan “dənizə kimlə gəlmisən” soruşanda “atamı dənizdə kayıb etdim” deyib, hönkürüb ağladı.

Düzü, bu dəfə uşağın atasının dənizdə batdığını ehtimal edib, narahat oldum.

Söhbətin üstündən 45 dəqiqə keçmişdi. Artıq itmiş atanın axtarışı üçün adiyyəti qurumlara müraciət etməyi düşünürdüm ki, kənardan bir kişinin bizə yaxınlaşdığını gördüm. İtmiş ata tapılmışdı. “Məsuliyyətli” ata üç dostu ilə yaxşı yeyib-içdikdən sonra beş yaşlı körpəni sahildə tək-tənha qoyub, dənizə çimməyə gedib.



скачать dle 11.3
Mojo.az Banner