Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı sənətkarların əsəri Vatikan səfirliyinin fasadını bəzəyəcək

28.08.2020 18:47 2 805
Azərbaycanlı sənətkarların əsəri Vatikan səfirliyinin fasadını bəzəyəcək
Azərbaycan sənətkarlarının hazırladığı əsər Vatikanın Ukraynadakı səfirliyinin binasının fasadını bəzəyəcək.

Bu barədə Report-a gənc şəbəkə ustası İlqar Rəsulzadə məlumat verib.

Onun sözlərinə görə, artıq Avropaya göndəriləcək şəbəkə hazır vəziyyətə gətirilib. Hündürlüyü altı metr, eni isə 1,5 metr olan şəbəkə səkkiz hissədən ibarətdir. Əl işinin hazırlanmasında altı min şüşə və taxta parçalarından istifadə olunub, milli ornamentlər işlənib.

İ.Rəsulzadə əsəri atası, məşhur şəbəkə ustası Tofiq Rəsulovla birgə hazırladığını da söyləyib.

Qeyd edək ki, hazırlanan işlərin Ukraynaya göndərilməsi üçün müvafiq sənədlər hazırlanır. Şəki sənətkarlarının əl işlərinin təhlükəsiz şəkildə ünvana çatdırılması üçün Vatikan dövləti xüsusi olaraq yük maşını sifariş edib.

Kiyev şəhərinə şəbəkəni quraşdırmaq üçün şəbəkə ustası Tofiq Rəsulov başda olmaqla, üç nəfər sənətkar yola düşəcək.

Son xəbərlər