Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Goranboyda çayxana karantinə rəğmən işləyirmiş - FOTO

28.08.2020 16:48 1 512
Goranboyda çayxana karantinə rəğmən işləyirmiş - FOTO
Goranboy rayonunda karantin rejimi qaydalarını pozan çayxana aşkarlanıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları Xınalı kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb.

Obyekt sahibi Məhəbbət Həsənov və müştərilər Teymur Həsənov, Vaqif Verdiyev, Sadiq Verdiyev və Rizvan Əmirahov saxlanılaraq, RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Qeyd etmək lazımdır ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının mütəmadi olaraq keçirdikləri reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan 823 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə edilib, 11 nəfər barəsində rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib.

Bundan başqa, RPŞ əməkdaşlarının sayıq xidməti nəticəsində bir toy, iki nişan, bir ad günü və bir yas mərasimi başlamadan qarşısı alınıb, rayon ərazisində xüsusi karantin rejimi tətbiq olunmasına baxmayaraq, xidmət göstərmək istəyən 18 iaşə obyekti aşkarlanaraq fəaliyyəti dayandırılıb.

скачать dle 11.3

Son xəbərlər