Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazirlik obyektlərdə söküntü işi apara bilərmi? - AÇIQLAMA

28.08.2020 16:29 1 571
Nazirlik obyektlərdə söküntü işi apara bilərmi? - AÇIQLAMA
Bəzən sosial şəbəkələrdə respublika ərazisində mülki obyektlərin söküntüsü ilə bağlı məlumatlar paylaşılır. Söküntü işlərini isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və ya onun tabeliyində olan hər hansı qurumun apardığı iddia edilir.

Məsələnin maraqlı tərəfi isə odur ki, nazirliyin və ya tabeliyində olan qurumların söküntü işləri aparmağa səlahiyyətləri var yoxsa yox?

Məsələ ilə bağlı Oxu.Az-ın suallarını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə cavablandırıb.

O nazirliyin heç bir obyekt tikmədiyini və sökmədiyini bildirib:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitə nəzarət edir və tənzimləyir. Bununla bağlı xüsusi mühafizə olunan təbiət əraziləri, milli park, qoruq, meşələr və meşə fondu torpaqlarında müvafiq icazə alınmadan, yüngül konstruksiyalı olmayan tikililərin aidiyyəti qurumları cəlb etməklə sökülməsi barədə qərar verə bilər. Amma şəhər və digər yaşayış məntəqələrində mülki obyektlərin söküntüsünün nazirliklə əlaqəsi yoxdur”.скачать dle 11.3
Mojo.az Banner