Mojo.az Banner
18:39 Fransa XİN: "Martin Ryanın əfv olunması humanitar jestdir"  |     18:30 Zeynəb Xanlarovanın səhhəti ilə bağlı AÇIQLAMA  |     18:23 Azad olunan Martin Ryan Fransaya yollandı  |     18:08 Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI  |     17:56 Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu  |     17:53 Qadını zorlayaraq öldürən şəxslərə AĞIR CƏZA  |     17:41 Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb  |     17:28 Hörmüz boğazında ticarət gəmisi vuruldu: Yaralılar var  |     17:16 MİDA 13 obyektini hərraca çıxarır  |     16:55 Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ  |     16:12 “Sadəcə estetik əməliyyatdır” deyib keçməyin — Həkimdən XƏBƏRDARLIQ  |     16:11 “Xscyth3” adlı kiberdələduz tərəfindən ".az" domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb  |     16:09 Bakının mərkəzində skuterdən yıxılan 42 yaşlı kişi ölüb.  |     16:07 Gecəyarı valideynini küçəyə atan oğul HƏBS EDİLDİ  |     16:04 Bakıda avtomobil piyadanı vurdu - Sürücü vəfat etdi  |     16:02 Mal əti bahalaşdı: Bundan sonra hər ay qiymətlər...  |     16:00 Özünüməşğulluq proqramı işsizliyi azaldırmı? – İqtisadçıdan SƏRT AÇIQLAMA  |     15:53 Çin yükləri uğrunda Xəzərdə rəqabət güclənir: Türkmənistan və Özbəkistanın rolu artır  |     15:47 Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı  |     15:36 “Sabah verəcəyik” deyib maaşınızı aylarla gecikdirirlər? – 25 min manatadək CƏRİMƏ  |    
Mojo.az Avto
Mojo.az Avto

Çin ABŞ-a xəbərdarlıq etdi

26.08.2020 22:20 1 859
Çin ABŞ-a xəbərdarlıq etdi
Bu gün Çin son günlər gərginlik məkanına çevrilən Cənubi Çin dənizinə iki ədəd ballistik raket buraxaraq ABŞ-a xəbərdarlıq edib.

"Report” SCMP-yə istinadən xəbər verir ki, bu barədə Çin ordusuna yaxın mənbə bildirib.

Belə ki, həm quruda, həm də dənizdəki hədəfləri vura bilən bu raketlərdən DF-26B tiplisi ölkənin şimal-qərbindəki Çinqhay əyalətindən, DF-21D tiplisi isə əksinə, şərqdəki Jecianq əyalətindən buraxılıb və hər ikisi Hainan adası ilə Parasel adaları arasındakı bölgədə yanıb.

Həmin raketlərdən birincisi, yəni DF-26 vaxtilə "soyuq müharibə”yə son qoymaq üçün ABŞ ilə Sovet İttifaqı arasında imzalanmış Uzaq Mənzilli Nüvə Silahları Müqaviləsinə uyğun olaraq qadağan edilib və 4 000 km mənzilə sahib olub həm nüvə, həm də adi başlıq daşımaq qabiliyyətindədir. 1 800 km-dək mənzilli DF-21 raketi isə dünyada ilk gəmi vuran ballistik raket olaraq tanınır.

Qeyd edək ki, dünən Çin tərəfi hərbi təlimlər keçirdikləri adıçəkilən bölgəyə ABŞ-ın kəşfiyyat təyyarəsinin gəldiyini açıqlamışdı. Mənbənin dediyinə görə, iki raketin buraxılması Cənubi Çin dənizinə ABŞ hərbi təyyarə və raketlərin daxil olma ehtimalına qarşı ehtiyat tədbiridir.

Honkonqda fəaliyyət göstərən hərbi ekspert Sonq Jonqpinq bildirib ki, ABŞ Çinin Tayvan və Cənubi Çin dənizindəki "aşağı xətti”ni yoxlamağa davam etdiyi üçün Çin tərəfi də buradakı gücünü dəf etməyin mümkünsüz olduğunu qarşı tərəfə nümayiş etdirməyə çalışır.

Çin Müdafiə Nazirliyi məsələyə dair hər hansı açıqlama verməyib.
скачать dle 11.3
Mojo.az Banner